Mənim SEÇİMİM “ TUM” Oldu!

Mənim SEÇİMİM “ TUM” Oldu!
Təhsil və karyera 27 Noyabr 2017 08:43 906
Mənim SEÇİMİM “ TUM” Oldu!

Səyyah.az turizm və təhsil portalı xəbər verir ki, xaricdetehsil.news saytı ölkəmizdən kənarda təhsil alan, savadı və istedadı ilə fərqlənən gəncləri oxucularımızla tanış etməkdə davam edir. Bu dəfə  magistr təhsili alan tələbələri təqdim olunur. Tələbəmiz  Kamil Oruczadə də vətəndən uzaqda təhsil alan belə gənclərdəndir. Ölkəmizdə Qafqaz Universitetində bir il tələbə olan Kamil, daha sonra  Mançester Universitetində “Kompüter Elmləri” sahəsi üzrə bakalavr təhsilini davam etdirib. Hazırda isə Almaniyanın Münhen Texniki Universitetində (TUM) “Kompüter Elmləri” sahəsi üzrə magistr təhsili alır.

Müsahibim deyir ki…

 Xaricdə təhsil almağımın bir çox səbəbi var. Birincisi, oxuduğum universitetin təhsil aldığım sahədə dünyadakı nüfuzudur. Bu mənim mütəxəssis kimi yetişməyimdə çox önəmlidir. Digər səbəblərdən biri isə ali məktəbimdə zəngin resusların olmasıdır. Həmçinin gələcəkdə karyera imkanları da xaricdə, xüsusilə  bu universitetdə təhsil almağıma əsas verən faktorlardandır.

13427771_1061510677237877_3316462585422182313_n

Sizin də bu universitetə daxil olmaq istəyiniz varsa…

Əslində universitetə qəbul olmaq prosesi o qədər də çətin olmadı. Bakalavr qiymətləri, “motivation letter”, seçilmiş mövzuda inşa yazmaq və digər amillər mənim burada tələbə adını qazanmağıma səbəb oldu. Ancaq daha çox düşündüyüm mövzu maddi problemlər idi. Ehtiyaclarımı necə ödəyəcəyim ilə bağlı məsələlər idi ki, DAAD təqaüdünü qazanmağım bu problemimi həll etdi. Mən istəyimi reallaşdırdım.

Mənim seçimim…

Münhen Texniki Universiteti – TUM dünyada TOP 50-də olan bir təhsil müəssisəsidir. Universitet Almaniyanın Cənub qərbindəki Münhen şəhərində yerləşir və bir neçə böyük kampusdan ibarətdir. Mənim təhsil aldığım “Kompüter Elmləri” departamenti şəhərin şimalında kiçik bir qəsəbədə yerləşir. Hər bir kampusda xüsusi olaraq fakültələrin tələblərinə uyğun olaraq kitabxana, laboratoriya, texniki vəsaitlər və s. mövcuddur. Daha çox texniki sahələr üzrə ixtisaslaşan bu ali məktəbdə BİZİMKİLƏR (gülür), yəni yerli tələbələr daha çox Kompüter Elmləri, İnformasiya Elmləri, Robotlaşdırma, Mekanika mühəndisliyi, Riyaziyyat və s. sahələrdə təhsil alırlar.

Bu məkanda tələbəlik də fərqlidir…

Buradakı tələbələrin bizim universitetlərdə təhsil alan tələbələrdən fərqi odur ki, onlar bilavasitə cəmiyyət tərəfindən tələb olunan öhdəliklərdən azaddırlar. Məsələn geyim tələbləri, ixtisasa aid olmayan dərslərin tədrisi, məcburi dərslərdə iştirak, seçimlərin limitlənməsi və s.hallar TUM-da unudulub.

a

TUM-da dərslər “tum” çırtlamağa bənzəmir…

 TUM-da dərslərin və imtahanların üslubu hər bir fakültədə fərqli olduğu kimi, dərsdən dərsə və o dərsi professorun necə dizayn etməsinə görə dəyişir. Məsələn, mənim təhsil aldığım “Kompüter elmləri” fakültəsində bütün dərslər seçimlərə açıqdır. Bir dərsin ortalama 5 kredit olmağını nəzərə alsaq,  hər bir tələbədən 120 kreditlik təhsil almaq tələb olunur. Bu 120 kreditin içində bəzi tələblər ödənməlidir: Ən azı bir praktik dərs, bir departamentlər arası əlaqəli layihədə çalışmaq, master teziz və s. Əks təqdirdə…

c

WARR Hyperloop (TUM tələbələri tərəfindən hazırlanmışdır)

 Gənclərin “Working Student” anlayışı….

Burada working student anlayışı geniş yayılıb və əksər şirkətlərdə working student tələbləri olur. Bu həftədə 8-20 saat arası işləmək deməkdir. Magistratura təhsili alanların böyük bir qismi həm maddi imkanlarını düzəltmək, həm də təcrübə  keçmək üçün bu üstünlüklərdən yararlanırlar. Bəli, universitet ilə əlaqəli işlərimi bitirdikdən sonra mən də bu imkandan yararlanmağı düşünürəm və geniş iş imkanları görürəm. İş ilə yanaşı çalışıram ki, oxuduğum müddət ərzində ölkəmizi də layiqincə təmsil edim. Hələ Mançesterdə təhsil aldığım müddətdə Azərbaycan gecələrində, Xocalı və Qarabağ hadisələri ilə bağlı xaricilərin maarifləndirilməsi işində yaxından iştirak etmişəm.

22854894_10213531014737236_158932360_n        22855788_10213531015217248_1384304039_n

Həm seçin, həm də seçilin…

Oxumaq istədiyiniz universitetin və ölkənin imkanlarının sizin tələblərinizi ödədiyindən əmin olmaq üçün diqqətlə araşdırın və analiz edin. Həmin ölkədə təhsil alan tələbələrdən məsləhət alarkən diqqətli olun! Eşitdiyiniz çətinliklərin və üstünlüklərin sizin üçün də keçərli olacağından əmin olmağa tələsməyin. Xaricdə təhsil almağa özünüzü hazırlamağın ilkin və ən vacib yolu qəbul prosesində olan bütün tələbləri özünüzün etməyidir. Bunun nə qədər kömək olduğunu özünüz də görəcəksiniz.UĞURLAR…

OXŞAR XƏBƏRLƏR