Kosmik Fəzanı Araşdıran Azərbaycanlı Tələbə…

Kosmik Fəzanı Araşdıran Azərbaycanlı Tələbə…
Təhsil və karyera 27 Noyabr 2017 09:14 1386
Kosmik Fəzanı Araşdıran Azərbaycanlı Tələbə…

Səyyah.az turizm və təhsil portalı xaricdetehsil.news saytına müsahibə verən növbəti tələbəmiz Şəbnəm Hüseynlini təqdim edib. O, araşdırma aparmağı çox sevir. Xüsusilə,  “Aeronavtika & Astronavtika” sahəsinə marağı böyükdür. Deyir ki, təhsilimi bu istiqamət üzrə davam etdirməyim əbəs  yerə deyil. Bunun üçün öncə Vətəndə “ADA” Universitetində “İT və Sistemlər mühəndisliyi” fakültəsində iki il təhsil alıb. Hazırda isə o, İngiltərədə “University of Southampton” -da “Aerospace Engineering” fakültəsində təhsil alır.

Dünyada elektronika bölməsini  ilk quran universitet…

Seçdiyi universitet  və ixtisası ilə bizi yaxından tanış edən Şəbnəm Hüseynli xaricdə təhsil üzrə dövlət proqramına müraciət edən gənclərimizdəndir. Bildirir ki, seçdiyi ali məktəb “University of Southampton” İnnovasiya və araşdırma üzrə öndə olan universitetlərdəndir. Deyir ki, “Buranın təməli 1862-ci ildə Henry Robinson Hartley tərəfindən “Hartley İnstitution”un yaradılması ilə qoyulub. 1952-ci ildə isə tam olaraq universitet adını qazanıb. 7 kampusu olan bu universitet araşdırma və texnologiyalar üzrə uğurlarına görə ən prestijli, dünyada elektronika bölməsini ilk quran universitetlərdəndir. “Rolls-Royce” və “Airbus” kompaniyaları ilə partnyordur.  Burada 4 nəfər Azərbaycanlı tələbə təhsil alır ki, onlardan iki nəfəri mexanika mühəndisliyi, mən və digər tələbə yoldaşım isə “İnformasiya Texnologiyaları, Aeronavtika & Astronavtika” fakültələrinin tələbələriyik.

“Tələbəlik eyni keçir”…

Təhsilə ciddi yanaşan, daim öyrənmək istəyən gənclər üçün məncə tazərbaycanlı və ya xarici olmasından aslı olmayaraq tələbəlik eyni keçir. Günümüz dərsdə, kitabxanada keçir. Əlbəttə ki, dostlarımızla da görüşmək üçün vaxt tapmağa çalışırıq. Bir məsələni də qeyd etməliyik: Azərbaycanda gənclər ailənin dəstəyini daim hiss edirlər. Ailələr mümkün imkanları ilə övladlarına dəstək olmağa çalışırlar. Bu bizim dəyərlərimizdən, ənənələrimizdən gəlir. Xarici tələbələrin əksəriyyəti isə yalnız öz imkanlarına güvənirlər. Onlar təhsillə bərabər həmdə işləyirlər.

22894574_1727313287576169_1657718813_n

22855481_1727313210909510_1225707081_n“Universitetimiz EUROBOT yarışmasında I yeri tutdu”…

 Universitetdə leksiyalar böyük auditoriyalarda, təxminən 80-100 nəfərin iştirakı ilə keçir. Yekun qiymətləri imtahanlar, kurs işləri və laboratoriyalar təşkil edir. Amma, əlbəttə ki, əsas qiymətlər imtahanlardan gəlir. (70-80%) Xüsusilə, mühəndislik fakültələrində hər həftə laboratoriyalarda təcrübələr aparılır. Bunun üçün analizlər tələb olunur. Bu tapşırıqlar xüsusilə mənim fakültəm üçün böyük önəm kəsb edir. Bizim təhsilimizdə layihələrə böyük önəm verilir. Məsələn, bizim layihələrimizdən birində qarşımıza qoyulan tapşırıq robot düzəltmək idi və tələb olunan əvvəlcədən müəyyənləşdirilmiş tapşırıqları həyata keçirmək idi. Lakin, robotun qurulması, dizaynı, kodlaşdırılması, biz sözlə hər şeyi tələbə etməlidir. Bu layihə ilə bizim Universitetimiz Eurobot yarışmasında birinci yeri tutdu.

“Bizdə imtahanlar test şəklində KEÇİRİLMİR”

Bir sözlə, burada öyrənilən materialların praktiki həyata keçirilməsi dərslərin əsas məqsədlərindən biridir. İmtahanlar 200-500 nəfərlik böyük zalda keçirilir. Bəzən eyni zalda iki fakültənin imtahanı keçirilə bilər. Hər tələbəyə ayrıca balaca stol ayrılır və oturma yerləri 20 gün əvvəldən bilinir. Zalda 5-7 nəzarətçi olur və hər imtahandan təxminən 10 dəqiqə əvvəl imtahanda iştirakı təsdiqləmək üçün imzalar toplanır. Suallar ayrıca kitabçada olur. Bu suallara cavab üçün 20-30 səhifəlik ayrıca kitabça verilir və tələbə cavablarını yazılı şəkildə təhvil verir. İmtahanın bu üsulla keçirilməsi tələbənin biliyini daha aydın şəkildə yoxlamaq imkanı yaradır. Mən düşünürəm ki, xüsusən, texnoloji sahələr üzrə təhsildə təcrübələr çox vacibdir. Bu dərsləri daha yaxşı qavramaq üçün imkan yaradır və Azərbaycanda universitetlərdə bu istiqamətdə işlərin gücləndirilməsi təhsilin daha da inkişafına təkan verərdi.

22894671_1727313257576172_1067676978_n

“Hamımız şok vəziyyətində idik. Nə? Necə?”

Birinci təhsil ili başlayan kimi “Design&Computing” dərsindən müəllim bizə tapşırıq verdi: robot düzəltmək. Hamımız şok vəziyyətində idik. Nə? Necə? Qruplara bölündük, ilkin olaraq heç bir suala cavabımız yox idi. Axır ki, özümüzü topladıq və ilk robotumuzu düzəltdik. Bu da yaddaqalan oldu, çünki, robotumuz verilən tapşırığı uğurla icra etdi. Fəxrlə seyr edənlərə baxırdım ki, birdən robot sürətlənib özünü yerə atdı, “intihar etdi”.

23022300_1727313254242839_1683296408_n

Şəbnəm Hüseynli, dərs yükü ağır olduğu üçün hələ ki, işləmək haqda  düşünmür. Amma burada  iş imkanlarının çox olduğunu deyir. Həmçinin təhsil aldığı şəhərdə Azərbaycanlı tələbələrin az olmasından təəssüflənən tələbəmiz ölkəmizlə bağlı tanıtım tədbirlərini keçirməkdə çətinlik çəkdiyini də bildirir. “Mən çalışıram ki, tələbə yoldaşlarıma ölkəm haqqında məlumat verim, Azərbaycan reallıqlarını, inkişafını, Qarabağ həqiqətlərini mümkün qədər çox insana çatdırım”.

“Məqsədimiz bir olmalıdır”

Həyatda heç nə asan qazanılmır. Bəlli bir pilləyə qalxmaq, arzuları reallaşdırmaq üçün qarşına məqsəd qoymalısan. Bu məqsədə çatmaq üçün isə zəhmət çəkməlisən. Harada təhsil almağından asılı olmayaraq, düşünürəm ki, məqsədimiz bir olmalıdır. ÖLKƏMİZİN İNKİŞAFINA TÖHFƏ VERMƏK…

 

OXŞAR XƏBƏRLƏR