Arzusu ÇİN Olan Tələbə…

Arzusu ÇİN Olan Tələbə…
Təhsil və karyera 27 Noyabr 2017 09:37 958
Arzusu ÇİN Olan Tələbə…

Səyyah.az turizm və təhsil portalı xəbər verir ki, xaricdetehsil.news saytı dünyanın müxtəlif  ölkələrində təhsil alan azərbaycanlı tələbələrdən müsahibələr almaqda davam edir. Növbəti qəhrəman isə Vüqar  Qədirovdur.  1986-cı ildə Bakı şəhərində anadan olan Vüqar ölkəmizdə Dövlət İqtisad Universitetinin tələbəsi olub. Hazırda  o, Çində Sichuan vilayətinin Chengdu şəhərində yerləşən “Southwest Jiaotong” Universitetində “Maliyyə mühasibatlıq” ixtisası üzrə magistr  təhsili alır.

Müsahibim deyir ki, xaricdə oxumağa ona görə üz tutdum ki, özümü inkişaf etdirim. Dünyanın iqtisadi cəhətdən irəlidə olan ölkəsi,Çində təhsil almağım isə bir  şansdır. Düşündüm ki, onu  dəyərləndirim.

“Bəlkə qalib oldun”?!

Vüqar dostu vasitəsilə hazırda  təhsil aldığı universitetlə tanış olub.“Dostum Çin dövləti tərəfindən “CSC” təqaüd proqramı barədə mənə məlumat verdi. Və təklif etdi ki, sənədlərimi göndərim. Bəlkə qalib oldum” .

23782125_10213720942965323_1286852309_n

Bir ƏSR yaşı olan universitet…

Hazırda təhsil aldığım “Southwest Jiaotong” Universiteti Çinin Qərb hissəsində yerləşir. Sichuan vilayətinin tanınmış ali məktəblərindəndir. Bir əsrdən çox yaşı var. 3 kampusu fəaliyyət göstərir. Universitetdə 60 mindən artıq tələbə təhsil alır ki, mindən çoxunu xarici tələbə təşkil edir. Bu məkan daha  çox  mexaniki fakültələr, xüsusilə  dəmiryolu işinin təşkili üzrə ixtisaslaşıb. Lakin, burada bütün  ixtisaslar  üzrə departamentlər fəaliyyət göstərir  və  kifayət qədər tələbə fərqli sahələr üzrə təhsil alır. Hətta  tibb təhsili almaq  istəyən gənclər də  bura  üz  tuta  bilirlər. Ümumiyyətlə, Çinin müxtəlif  şəhərlərində  azərbaycanlı tələbələr  az  saydadır. Mən qaldığım vilayətində iki nəfər  azərbaycanlı tələbə var. Bir  MƏN, bir də DOSTUM…

“Üç il vaxtım var”…

Burada magistr  təhsili alıram. Üç il bizə vaxt veriblər. Dərslərimiz  kredit  əsasında keçirilir. Hər gün dərslərə gedirəm. Bəzi dərslərimiz isə həftədə bir dəfə olur. Əsasən seminarlarda  iştirak edirsən. Ayda  bir dəfə isə təqdimatlar etməlisən. Sonda ya imtahanda  iştirak edirsən ya da smestr ərzində öyrəndiklərini report edirsən. Nəticədə, diplom işi müdafiə olunur və…

23758525_10213720943125327_1895193736_n

Vaxtın qızıla “=” olduğu tələbəlik…

Müsahibim iki ölkənin tələbələrini maraqlı şəkildə müqayisə edir. O, burada  çinli tələbələrin vaxtının demək olar ki, olmadığını deyir. “Onların əyləncəsi olmur. Çox oxuyurlar və çox savadlıdırlar. Bütün günləri laboratoriyalarda keçir. Yalnız Çinlilərin yeni il bayramında, yəni  yanvar–fevral aylarında  evlərinə gedirlər. Burada gənclər çox savadlıdırlar. Lakin çinli tələbələrin dünyaygörüşü hər hansı bir  çərçivə daxilindədir. Onlarla ünsiyyətə girmək üçün gərək onun ixtisasına dərindən bələd olasan. Əks təqdirdə söhbətiniz tutmaz. Çünki çinli tələbələrlə ünsiyyətdə olmaq, ortaq məxrəcə gəlmək çox çətindir. Ancaq onlar İXTİSASLARI ÜZRƏ ÇOX PEŞƏKARDIRLAR.

23804651_10213728959005719_836584084_n

“Part time” yoxsa “free time”?

Düzünü  desək, burada tələbələrin işləməyə vaxtı yoxdur. Əksər tələbələr  dövlət tərəfindən təqaüd alır. Ancaq  boş vaxtı olan  tələbələr  var ki, onlara ayrılan free time-dan istifadə edə bilirlər. Çində xarici vətəndaşların işləməyi isə  çətin olur. Əgər çin dilini bilirsənsə, iş tapa  bilərsən. Əgər qanuni işləmək istəyirsənsə, çalışdığın şirkət sənə müqavilə verməlidir. Ancaq bu sənədi oxuduğun universitetə təqdim etdikdən sonra “part time” kimi işləyə bilərsən. Əgər çin dilini bilmirsənsə… əvəzində ingilis dilin olmalıdır. Ən azından burada uşaqlara dərs  deyə bilərsən.  Lakin çinlilər  diqqət  edir ki, sənin ana  dilin ingilis  dili olsun.

23772351_10213720943045325_611285813_n “Cultural shock yaşadım…

Vüqar  Qədimov ilk dəfə gəldiyi ölkədə maraqlı hadisələrlə qarşılaşıb. Deyir ki, “Bir gün dostumla Çində, şəhərdən kənara çıxdıq. Hansı məkana olurduqsa, bizi görənlər şəklimizi çəkirdilər. Narahat  olmağa başladım. Axı bunlar bütün günü niyə şəkilimizi çəkirlər. Məndə nəsə var?!  Sonradan mənə dedilər ki, onlar  xarici vətəndaşlar demək olar ki, çox  az görürlər. Onun üçün ya sənin çoxlu şəklini çəkirlər ya da  xahiş edirlər ki, sənlə şəkil çəkdirsinlər”.

Təbliğat işləri necə gedir?

Burada müxtəlif günlərin mədəniyyət gecələri  olur. Ancaq  Çində azərbaycanlı tələbə demək olar ki, az saydadır. Ona  görə biz  çox  şeylər edə bilmirik. Sadəcə bir Azərbaycanlı tələbə kimi məndə insanlar arasında  ölkəmiz haqda, xüsusilə Dağlıq Qarabağ problemi barəsində çalışıram ki, məlumat verim. Həmçinin burada  təhsil alan tələbələrimiz var ki, Azərbaycan həqiqətləri barədə çin dilində saytlara məlumat yerləşdirirlər.

Son…

Demək istərdim ki, çalışın mükəmməl təhsil alın. Dünya  təhsil sisteminin üstünlüklərindən yararlanın. Sevdiyiniz  fakültənin sirlərini daha  dərindən öyrənin…Hər kəsə UĞURLAR…

 

OXŞAR XƏBƏRLƏR