Belçikada Təhsil Almaq Istəyənlərin Nəzərinə!

Belçikada Təhsil Almaq Istəyənlərin Nəzərinə!
Təhsil və karyera 27 Noyabr 2017 09:42 961
Belçikada Təhsil Almaq Istəyənlərin Nəzərinə!

Avropa Kolleci Avropa Qonşuluq Siyasəti ölkələrindən (Bruges kampusu və Natolin kampusu) olan universitet məzunları üçün bir sıra təqaüd proqramları təklif edir. Bu təqaüdlər 2018-2019-cu tədris ilində üçün nəzərdə tutulub.

Kollec özəl universitet / təhsil müəssisəsidir və Avropa təşkilatları, beynəlxalq təşkilatlar, Avropa universitetləri ilə geniş əməkdaşlıq əlaqələri var.

Kollecdə tədris dili ingilis və fransız dilləridir. Namizədlər bu iki dildən birini seçməklə proqrama müraciət edə bilərlər.

Namizədlərin müvafiq akademik dərəcəsi olmalıdır.

Səyyah.az turizm və təhsil portalı tələbləri təqdim edir:

Magistr dərəcəsi (ingilis və ya fransız dilində diplomun surəti)

Azərbaycan, Belarusiya, Misir, Gürcüstan, İsrail, İordaniya, Livan, Liviya, Moldova, Ukrayna və s.-dən olan tələbələr

Online ərizə formasının doldurulması

2 tövsiyə məktubu

Fransız və ingilis dili (B2-işlək üçün, B1-digəri üçün)

Motivasiya məktubu (max. 600 söz)

CV (Europass formatında)

Transkript

Fotoşəkil

Təqaüd akademik xərclər, yerləşmə, qida və səyahət xərclərini qarşılayır.

Daha ətraflı məlumat və qeydiyyat üçün:

https://www.coleuropenatolin.eu/

https://admissions.coleurope.eu/login

OXŞAR XƏBƏRLƏR