Almaniyada Təhsil…

Almaniyada Təhsil…
Təhsil və karyera 27 Noyabr 2017 10:17 111
Almaniyada Təhsil…

Təhsil xərclərinin çox az olduğu, dünyada ən qabaqcıl universitetlərə ev sahibliyi edən Almaniya, beynəlxalq tələbələr arasında təhsil üçün ən çox üstünlük verən ölkələrdən birinə çevrilib. Eyni zamanda dinamik, bir təhsil təcrübəsinə malikdir.

Səyyah.az turizm və təhsil portalı xəbər verir ki, Almaniyada hər il təxminən 350.000 beynəlxalq tələbəyə təhsil imkanları yaradır. Alman universitetləri əsasən dövlət sisteminə tabe olurlar və aşağı ödənişdə təhsil verirlər. Alman universitetlərində təhsil dili Alman dilindədir, lakin buna baxmayaraq, bəzi universitetlər bakalavr və magistr səviyyəsində ingilis dilində təhsil təklif edirlər.

Almaniyada 300 universitet fəaliyyət göstərir və bu universitetlərin 233-si dövlət, 67-i isə özəl müəssisələrdir. Xarici tələbələr bu universitetlərdə tibb, mühəndislik, iqtisadiyyat və psixologiya kimi müxtəlif ixtisaslar üzrə təhsil ala bilərlər. Alman universitetlərindən verilən diplomlar Amerika, İngiltərə, Avstraliya, Kanada və digər AB ölkələrində keçərlidir.

Dövlət universitetlərində illik təhsil haqqı 500-1000 avro arasında, özəl universitetlərdə isə  5000-30,000 avro arasında dəyişir. Üç il ərzində bakalavr təhsilini bitirən tələbələr 2 illik magistratura təhsilini davam edə və ya bir il ərzində iş tapmaqla Almaniyadı yaşayış və iş icazəsi ala bilərlər.

Almaniyada  birtələbənin aylıq xərcləri, məsələn, yaşayış və yemək xərcləri 650 avrodan 750 avroya qədərdir. Bundan əlavə, Almaniyada tələbələrə verilən 180 günlük (yarım stat) iş icazəsi ilə, tələbə təhsil və yaşayış xərclərini daha da azalda bilər. Tələbələr universitet yataqxanalarında, xüsusi yataqxanalarda və ya tələbə evlərində qala bilərlər. Yerləşdirmə ödənişləri isə 300-dən 400 Avro arasında dəyişir.

Almaniyada ali təhsil üçün müraciət etmək istəyən tələbələr yerinə yetirmələri lazım olan şərtlərdən biri də istənilən səviyyədə alman və ya ingilis dillərini bilməkdir.

TestAS  imtahanı

TestAS imtahanı ortalamanın artmasına imkan verir. Məsələn, akademik göstərici orta hesabla ən azı 2.0 tələb olunarsa və alman sisteminə görə sizing ortalama 2.5 olarsa, TestAS sayəsində siz bu hesabı 2.0-a qədər artıra bilərsiniz bilərsiniz. Lakin TestAS nəticəsində ortalamanızı maksimum 1.0 qədər artıra bilərsiniz.

İmtahan üçün ödəniş-80 Avro təşkil edir. /xaricdetehsil.news/

OXŞAR XƏBƏRLƏR