Avstriyada 3 Aylıq Təcrübə Proqramı

Avstriyada 3 Aylıq Təcrübə Proqramı
Təhsil və karyera 27 Noyabr 2017 10:58 858
Avstriyada 3 Aylıq Təcrübə Proqramı

Avstriyada Tətbiqi Sistemlərin Təhlili üzrə Beynəlxalq İnstitut (IIASA) tərəfindən təklif edilən 2018 Elmi Kommunikasiya Təqaüd Proqramı namizədlər üçün  açıqdır. Proqram 28 may başlayır və 31 avqust bitir.

Səyyah.az turizm və təhsil portalının xəbərinə görə son müraciət tarixi: 11 Yanvar 2018

İştirakçılar kütləvi informasiya vasitələri, bloqlar və jurnal məqalələri kimi müxtəlif platformalar vasitəsilə, kommunikasiya sistemində bilik və təcrübə əldə edəcəklər. Proqram redaksiya işi, veb-saytın yaradılması, media əlaqələri, sosial media və digər kommunikasiya fəaliyyətləri daxil olmaqla, IIASA Kommunikasiya Bölməsinin bir hissəsi kimi fəaliyyət göstərir.

Təqaüd proqramı səyahət (Vyanaya və Vyanadan) və yaşayış xərclərini qarşılayır. (4000 avro-3 aylıq)

Tələblər:

Jurnalistika üzrə bakalavr dərəcəsi

CV

Müşayiət məktubu

1 tövsiyə məktubu

800 sözdən artıq olmayaraq motivasiya məktubu

Daha ətraflı məlumat və qeydiyyat üçün:

http://www.iiasa.ac.at/web/home/about/workingatiiasa/vacancies/170365-6.html?utm_source=sclrship.com

OXŞAR XƏBƏRLƏR