Dubayda mənzillər tikən şirkət Bakıda – Ödənişi hissə-hissə də etmək olar – QİYMƏTLƏR

Dubayda mənzillər tikən şirkət Bakıda – Ödənişi hissə-hissə də etmək olar – QİYMƏTLƏR
Əmlak 30 Noyabr 2017 10:08 1847
Dubayda mənzillər tikən şirkət Bakıda – Ödənişi hissə-hissə də etmək olar – QİYMƏTLƏR

Hazırda bir çox biznesmenlərin və imkanlı şəxslərin mənzil əldə etməyə üstünlük verdiyi şəhərlərdən biri də BƏƏ-nin Dubay şəhəridir. Burada göz oxşayan yüzlərlə tikili var. Ölkəmizdə də Dubayda mənzil alan və almaq istəyən şəxslərin sayı kifayət qədərdi.

    Elə bu səbəbdəndi ki, BƏƏ-nin fəaliyyət göstərən məşhur tikinti şirkətlərindənn biri olan İnspire Real Estate daşınmaz əmlak şirkəti Azərbaycanda keçirilən Beynəlxalq Daşınmaz əmlak və investisiya sərgisində iştirak edirlər. Səyyah.az turizm portalı xəbər verir ki, adı çəkilən şirkətin İdarə edici direktoru Asad Abdullah Farid fins.az-a müsahibəsi zamanı  Dubayda Damac Live the Luxury tikinti şirkəti ilə birgə çalışdıqlarını bildirib.

Ən ucuz mənzil neçəyədir?

Şirkət rəsmisi satışa həm hazır mənzillərin həm də tikilməkdə olan binaların satışa çıxarıldığını bildirdi. Asad Abdullah Farid hazırda tikilən binaların 2020-ci ildə tamamlanacağını qeyd etdi. Tikintisi tamamlanmış binalara gəlincə isə belə binalarda mənzillərin qiyməti 205 min dollar olduğu bildirildi. Şirkət rəsmisinin sözlərinə görə bu cür mənzillərin sahəsi 40 kv metrdi. Belə  mənzillər tam təmirlidi, həmçinin mətbəx də lazımı avadanlıqlarla təciz olunub.

Dubayda mənzil almaq üçün hansı sənədlər lazımdır?

Dubayda mənzil almaq üçün şəxsiyyət vəsiqəsinin nüsxəsi lazımdır. Bundan sonra alınacaq mənzilin ödənişinin 1% həyata keçirilməlidir. Bununla da müştəri üçün mənzil bron edilir. Daha sonra 14 gün ərzində qalan məbləğin 20% ödənməlidir. Bununla yanaşı  4%-da  Dubayda torpaq departamentinə ödənməlidir. Mənzilin 20% ödənildikdən sonra alıcıya mənzilin açarları təqdim edilir. Hətta bu zaman həmin mənzili artıq icarəyə də vermək mümkündür. Mənzilin qalan ödənişini isə 2 il ərzində ödəmək mümkündür. Misal üçün 205 min dollarlıq ev üçün hər ay iki il ərzində 6800 dollar ödəmək lazım olacaq. Həmçinin ödənişləri 3 aydan bir də ödəmək olar.

Məlumat üçün bildirək ki, İnspire Real Estate 2017-ci ildə Forbes də 1-ci yerə layiq görülüb. Şirkətin birincilik adını qazanmasına səbəb isə şirkətin tikinti sürətinə və vaxtında təhvil verməyinə görə bu adı qazanıb.

OXŞAR XƏBƏRLƏR