Los-Anceles avtosalonundakı - 8 YENİLİK

Los-Anceles avtosalonundakı - 8 YENİLİK
Avto 1 Dekabr 2017 11:38 1725
Los-Anceles avtosalonundakı - 8 YENİLİK

 

Kaliforniyada dünyanın məşhur «LA Auto Show» beynəlxalq avtosalonu keçirilir. Sərgidə dünya avtomobil liderləri öz yeni modellərini təqdim edirlər. Bu il FCA konserni yeni nəsil «Jeep Wrangler»i nümayiş etdirib. «Mercedes-Benz» özünün yeni CLS və  S-Class Coupe modellərini, Mazda yeni «altılığı» göstərib. Infiniti isə ilk dəfə olaraq yeni krossoveri olan QX50-nin görünüşünü açıqlayıb, BMW isə Los-Ancelesə fenomenal BMW i8 Roadsteri gətirib.
 
1) BMW i8 Coupe - BMW i8 Roadster və BMW i8 Coupe nin yeni nəslinin əsasında ümumi gücü 377 a gücü olan hibrid mühərrik dayanır. BMW i8 Coupe-nin  0-dan  100 km/saata qədər sürət yığma müddəti cəmi 4,4 saniyə, yanacaq sərfi isə 100 kilometrə 1,9 litrdir.
 
2) 2018-ci ilin Jeep Wrangler-i daimi tam ötürücü, yeni mühərrik, 8 pilləti avtomatik sürət qutusu, yeni optika və daha keyfiyyətli interyer əldə edib. Bu model artıq gələn ildən satışda olacaq.
 
3) Üçüncü nəsil Mercedes-Benz CLS alman şirkətinin yeni dizayner stilini və interyerin yüksək keyfiyyətini nümayən etdirib.
 
4) Şirkətin dünyada ən çox satılan modeli olan Infiniti QX50-nin yeni nəsli amamilə yeni platformada qurulub. Avtomobil daha geniş, daha sürətli və müasir olub. Satışları gələn ilin yayından başlanır.
 
5) Yaponiyanın Mazda şirkəti Los-Ancelesdə Mazda 6-nın yenilənmiş versiyasını təqdim edib. İndi sedanın «ürəyi» 2,5 litrlik və gücü 253 at gücü olan turbo mühərrikdir.
 
6) Los-Ancelesdə yeni və tam ölçülü «Subaru Ascent» də təqdim edilib. Bu 7 yerlik avtomobil ABŞ-da istehsal ediləcək və Şimali Amerikadan olan alıcılar üçün nəzərdə tutulub.
 
7) Lexus RX L350 – bahalı krossoverin daha uzun versiyası əlavə 2 oturacaq yeri, 3 zonalı klimat kontrol və 15 dinamikli Mark Levinson Premium Surround audiosistemi qazanıb.
 
8) Jaguar XE SV Project 8 Jaguar XE SV Project 8 axırınca yarışlarda ən sürətli sedan titulunu qazanıb. Maşının maksimum sürəti 322 kilome saatdır, saatda 100 kilometrlik sürəti isə cəmi 3,3 saniyəyə götürür. 



OXŞAR XƏBƏRLƏR