Stüardessanın bir iş günü

Stüardessanın bir iş günü
Şəxsi təcrübə 1 Dekabr 2017 11:39 888
Stüardessanın bir iş günü

Səhər saat 8. Londondakı "Hitrou" beynəlxalq hava limanının 3-cü terminalı. "Virgin Atlantic" aviaşirkətinin stüardessası, 25 yaşlı Emma Eşli qapılardan içəri daxil olur. Onun iş günü başlanır.

Səyyah.az turizm portalı milli.az-a istinadən bildirir ki, "Virgin Atlantic" aviaşirkəti "Stüardessanın bir günü" (A day in the life of Cabin Crew) adlı video paylaşıb. Videoda London-Los-Anceles reysi ilə uçan təyyarənin stüard və stüardessalarının bir iş günündən bəhs olunur. Videonun "qəhrəman"ı Emma Eşlidir.

 "Hitrou" limanı. VS7 reysi ilə uçacaq Boeing 787-9 Dreamliner G-VDİA təyyarəsinin 10 nəfərlik heyəti uçuş öncəsi menecer Mark Qallaherin keçirdiyi təlimat toplantısına yığışıblar.

Stüardessanın bir iş günü - VİDEO - FOTO

Toplantı başa çatır və uçuş başlanır. Təyyarədə 10 nəfərlik heyət, 233 sərnişin var. Avialayner 10 saat 28 dəqiqə uçuşda olacaq. Uçuş əsnasında stüardessa, İngiltərənin Surrey qraflığının sakini  Emma Eşli sərnişinlərə 400 fincan çay və qəhvə, nahar, qəlyanaltı paylayacaq, 12 min addım atacaq, 7 kilometrlik məsafə qət edəcək. Bu zaman o, 233 sərnişinə içkilər, qəlyanaltılar, şirniyyat, nahar, çay, qəhvə, dondurma, su, şirə, isti dəsmallar, konfetlər paylayacaq.

Stüardessanın bir iş günü - VİDEO - FOTO

Daha sonra o, heyət üçün ayrılmış xüsusi çarpayıya uzanıb dincələcək.

Stüardessanın bir iş günü - VİDEO - FOTO

Stüardessanın bir iş günü - VİDEO - FOTO

Stüardessanın bir iş günü - VİDEO - FOTO

OXŞAR XƏBƏRLƏR