İstanbulda mütləq etməli olduğunuz 9 şey

İstanbulda mütləq etməli olduğunuz 9 şey
Şəxsi təcrübə 2 Dekabr 2017 11:25 1747
İstanbulda mütləq etməli olduğunuz 9 şey

1. Bəyoğlunu tramvayla gəzmək

İstiqlal küçəsi (İstiklal caddesi) şəhərin ən canlı yerlərindən biridir və burada səhərə kimi gəzmək olar.

Küçə piyada küçəsidir və yeganə nəqliyyat növü qırmızı nostaljik tramvaylardır. Bu tramvaylar hərəkətdə olarkən onlardan tullanmaq olur.

2. Sultan hamamında istirahət etmək

İstanbulda bəzi hamamların tarixi bəzi ölkələrin tarixindən uzun və maraqlıdır. Məsələn, Caqaloğlu hamamının mərməri çoxlu məşhur adamları görmüşdür.

Ən məşhur iki hamam şəhərin mərkəzində yerləşir: 1584-cü ildə tikilən Çemberlitaş – Qrand-Bazardan Aya-Sofiyaya gedən yolun yarısında, 1557-ci ildə tikilən Ayasofya Hürrəm Sultan hamamı isə Aya-Sofiya ilə Mavi Məscidin arasındakı meydanda yerləşir. İkinci hamam Sultan Süleyman Qanuninin məşhur slavyan arvadı Roksolana tərəfindən tikilib.

3. Qəlyan çəkmək

Türkiyədə qəlyan çəkmək rəsmən qadağan olsa da qadağaya məhəl qoymayan yerlər tapmaq mümkündür. Nüsretiye məscidi tərəfdəki dalanlarda Qalata qalasının yaxınlığında qəlyan çəkmək şansınız daha çoxdur.

Bu yerlərdə atmosfer çox təbii olur. Rahat istirahət etmək üçün ideal variantdır.

4. Şahzadə adalarına getmək

İstanbula ən yaxşı mənzərə Mərmərə dənizində yerləşən kiçik “Şahzadə adaları”ndan açılır. Adalara bərə ilə Kabataş iskelesindən getmək olar. Bərədən adalardan hər hansına düşən kimi sanki 100-150 il əvvələ səfər edirsən və aristokratik kurorta düşürsən.

Səkilərdə təkəmseyrək turistlər gəzir, kölgəli küçələrdə bir cüt ata qoşulmuş faytonlar gedir, zərif hasarlardan gözəl bağlı malikanələr görünür. Burada maşın yoxdur.

5. Pyera Loti kafesində alma çayı içmək

Pyera Loti kafesi yüksək təpədə yerləşir və onun geniş terrasından adalara, Bosfor körpüsünə və boğazın o biri sahilində minarələrə gözəl mənzərə açılır. Alma çayı içmək üçün bundan ideal yer tapa bilməzsiniz.

Deyirlər ki, nə vaxtsa fransız yazıçı Pyer Loti öz ilk romanını məhz bukafedə Qızıl buynuz körfəzinin mənzərəsindən ilhamlanaraq yazmışdır.

6. Bosfor boğazı boyu dəniz gəzintisinə çıxmaq 

Bosfor boyu gəzinti İstanbulu yeni rakursdan görmək üçün əla imkandır. Vaxt və büdcə imkan verirsə tam kruizə çıxmağa dəyər.

5-6 saata İstanbulun məscid və saraylarının əksəriyyətini görə, bir neçə tarixi görməli yerlərdə dayana və praktik olaraq Mərmərə dənizindən Qara dənizə və əksinə bütün Bosfor boğazını keçə bilərsiniz.

7. Dondurma yemək

İstanbulda dondurma süd, şəkər, mastika və səhləbdən hazırlanır. Mastika və səhləb qatılıq verir və dondurmanı saqqıza oxşadır.

Dondurmanın vətəni Türkiyənin şərqindəki Maraşda isə onu o qədər qatı edirlər ki, bıçaq və çəngəllə yemək lazım gəlir. İstanbulda dondurma hər tində hərəkət edən köşklərdə satılır.

8. Göydələnlərin damında İstanbulu 4D ilə görmək

2011-ci ildə Levent işgüzar məhəlləsində yüksəlmiş “Sapfir” göydələni Türkiyənin ən hündür göydələnidir.

Onun axırıncı mərtəbəsi ziyarətçilərə açıqdır, amma hətta 238 metr hündürlükdən də İstanbul tam görünmür. Burada həm də 4D kinoteatr var. Yarım saatlıq film şəhər üzərində vertolyotla paytaxtın əsas görməli yerlərinin ətrafında uçuş kimi modelləşdirilib.

9. Sahildə “balıq-ekmek” yemək

İstanbulun ən məşhur küçə mətbəxi yeməklərindən birinin adı “balıq-çörək” kimi tərcümə olunur. Balıq-ekmek həqiqətən də içində balıq-qril və tərəvəz olan böyük sendviçə oxşayır. Onu sahildə istənilən gediş-gəlişli küçədə almaq olar.

Küçə yeməyi həm ucuz, həm də deemək olar ki, həmişə təhlükəsizdir. Ona görə də küçə yeməyindən qorxmaq lazım deyil. Əsas odur ki, yerli əhalinin çox yığışdığı piştaxtanı seçin. Bu həm həmin yerin reputasiyasına, həm də ərzaqlarının köhnə olmamasına zəmanət verir.

OXŞAR XƏBƏRLƏR