Dayanıqlı turizmin inkişafında QHT - KÖŞƏ YAZISI - Elməddin Hacılı

Dayanıqlı turizmin inkişafında QHT - KÖŞƏ YAZISI - Elməddin Hacılı
Şəxsi təcrübə 4 Dekabr 2017 12:21 1164
Dayanıqlı turizmin inkişafında QHT - KÖŞƏ YAZISI - Elməddin Hacılı

Müasir dövrdə turizm fəal istirahətin geniş yayılmış və ən kütləvi növü olmaqla bərabər dünya iqtisadiyyatının inkişafına təsir göstərən ən böyük sənaye sahəsidir.  Qeyd edək ki, ölkəmizdə də son illərdə turizm sektorunun dayanıqlı inkişafı məsələsinin aktuallığı daha da artmışdır.

  Neft gəlirlərinin tükəndiyi bir mərhələdə qeyri-neft sektorunun, xüsusilə də turizm sektorunun dayanıqlı inkişafı mühüm əhəmiyyət kəsb edir.  Fikirmizcə, bu proseslərdə cəmiyyətlə daha sıx işləyən və  vətəndaş cəmiyyətinin əsas sütünlarında olan qeyri-hökumət təşkilatlarının (QHT-lərin) fəal iştirakı vacib elementlərdən biri olmalıdır. Bu məqsədlə xarici ölkələrin turizm sektorunun dayanıqlı inkişafında QHT-lərin oynadıqları rol hərtərəfli tədqiq olunmalı və ən yaxşı təcrübənin ölkəmizdə tətbiqi təmin edilməlidir.

Qeyd edək ki, dayanıqlı turizm anlayışı XX əsrin 90-cı illərindən formalaşmağa başlamışdır. 1995-ci ildə Dayanıqlı Turizmin İnkişafı Dünya Konfransında dayanıqlı turizmin inkişafı prinsipləri müəyyən edilmişdir. Həmin sənəddə öhdəliklərdən biri QHT-lərin əsas baza şərtləri kimi bu məqsədlərin və turizmin  dayanıqlı inkişafının planlaşdırlıması inteqrasıyası təmin ediliməsi göstərilir. Fikirmizcə, QHT sektorunun dayanıqlı turizmin inkişafına təsiri hüdudları turizm sənayesinin müxtəlif sahələrinə dəstək, turizmin menecmentinin müasir qaydalara uyğunlaşdırılması, resursların müəyyənləşdirilməsi, qeyri-formal turizm təhsilinə yardım, turizm şüurunun formalaşması, icma əsaslı turizmin inkişafına təsirlə  və digər istiqamətlələrlə ölçülə bilər.

Beynəlxalq təcrübə

BMT-nin 1992-ci il Ətraf mühit və İnkişaf Konfransının qəbul etdiyi sənəddə dayanıqlı inkişaf naminə QHT-lərin rolunun gücləndirilməsi  xüsusi qeyd edilir və davamlı inkişafın təmin edilməsində  QHT-lər də əsas tərəfdaş kimi diqqətə çatdırılır. Turizimin sahəsində fəaliyyət göstərən QHT-lər   fəaliyyət istiqamətinə görə davamlı turizmin inkişafına  dəstək  verə bilərlər.

Ümumiyyətlə, beynəlxalq təcrübədə ayrı-ayrı ölkələrin turizm potensialının inkişafında QHT-lərin rolu danılmazdır. Nümunə üçün qeyd edək ki, Türkiyədə bələdiyyələr QHT-lərlə turizmin inkişafında sıx əməkdaşlıq edirlər. Yerli turizmin inkişafını təşviq edən QHT-lər bələdiyyələr tərəfindən mükafatlandırılır.Müxtəlif donorlardan maliyyə vəsaiti əldə edən Türkiyə QHT-ləri regionlarda millli,tarixi abidələrin və ənənələrin qorunması və təbliği ilə bağlı layihələr icra edərək arxoloji turizmin inkişafına dəstək göstərmiş olurlar.

Turizm sektorunun yüksək səviyyədə  inkişaf etdiyi  Yunanıstanda da  QHT-lər turizm istiqamətində ya birbaşa və ya dolayı yolla fəaliyyət göstərirlər. Turizm istiqaməti üzrə ixtisaslaşan QHT-lərlə yanaşı dolayı yolla turizmin davamlı inkişafına təsir göstərən QHT-lər əsasən ətraf mühit və ekologiya,mədəni tarixi abidələrin qorunması və s. istiqamətdə fəaliyyət göstərən QHT-lərdir.

Ümumiyyətlə, xarici ölkələrin dayanıqlı turizmin inkişafında  QHT-lərin rolu məsələsi təcrübələrinin təhlili göstərir ki, ölkənin turizmin siyasətinin hazırlanmasında və icrasında vətəndaş cəmiyyətinin əsas təsisatlardan olan QHT-lər fəal iştirak edirlər. Bu təcrübəyə əsasən turizm siyasətinin mexanizmlərinə uyğun olaraq özündə vətəndaş təşəbbüslərini cəmləşdirən QHT-lər aşağıdakı istiqamətlərdə çıxış edirlər:

  • Turizmin müxtəlif növləri üçün proqramların hazırlanması və həyata keçirilməsinə dəstək;
  • Ölkə haqqında turizm üçün əhəmiyyətli bir ölkə kimi təsəvvür formalaşdırılmasında;
  • Turizm şüurunun inkişafı;
  • Yerli icmalarda turizmlə bağlı maarifləndirmə işlərinin  təşviqində və təşkilində;
  • Turizm siyasətində ən yaxşı beynəlxalq təcrübələrin öyrənilməsində;
  • Qeyri-formal təhsil vasitəsi ilə turizm sənayesi üçün kadr potensialının formalaşdırılmasında  və turizm sistemində fəaliyyət göstərən kadrların peşəkar səviyyələrinin  gücləndirilməsində;
  • Turizmin sosial yönünün güləndirilməsində;
  • Turizm fəaliyyətinə kiçik sahibkarların cəlb olunması istiqamətində maarifləndirmə işlərinin təşkilində;
  • Turizmin  dayanıqlı inkişaf nəzəriyyəsinin hazırlanmasında və s.

Fikirmizcə bu təcrübələrin öyrənilməsi və tətbiqi dayanıqlı turizmin inkişafında  Azərbaycan QHT-ləri üçün mühüm faktor ola bilər.

Turizm sektoru və milli QHT-lər.

Qeyd edək ki, Azərbaycanda da turizm sektorunun inkişafı üçün son illərdə bir sıra uğurlu tədbirlər həyata keçirilmişdir. Ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədi ilə 2011-ci ilin “Turizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır.  Bu sənədin imzalanması turizm sektorunda fəaliyyət göstərən QHT-lərin də fəaliyyətinə bir təkan vermiş oldu. Bir məqamı da qeyd edəki bu gün ölkədə fəaliyyət göstərən ümumi QHT-lərin  7% -i turizm və mədəniyyət  sahəsində fəaliyyət göstərir.

Ötən illərdə də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və  Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən və icra olunan müxtəlif QHT layihələrinin əsas məqsədi ölkəyə  gələn qonaqlara, turistlərə təbii istirahət şəraitini yaratmaq,  kənd  turizminə marağı artırmaq və regionlara turist axının güclənməsinə dəstək, aqroturizmin mahiyyəti, inkişaf tarixi, faydaları barədə maarifləndirmə tədbirləri, Azərbaycanda turizmin inkişafı üçün ehtiyatların öyrənilməsi, yeni turizmin marşurutlarının açılması,mehmanxanaların və turizm obyektlərinin tikintisinin genişləndirlməsi, turizm növlərinin inkişaf etdirliməsi təşəbbüslərinin dəstəklənməsi  və s. olmuşdur.

Beləliklə, turizm sektorunda QHT-lər tərəfindən müvəffəqiyyətlə həyata keçirilən layihələr, eyni zamanda dövlət tərəfindən yerinə yetirilən  proqramlar və islahatlar Azərbaycanın son illərdə qazandığı uğurların davamlılığını şərtləndirir və ölkənin dünyada dinamik iqtisadiyyata malik ölkə kimi qiymətləndirilməsinə imkan verir. Bununla belə dayanıqlı turizmin inkişafında QHT-lərin rolunun təmin təmin edilməsində bir sıra problemlər hələ də qalmaqdadır. Mövcud problemlərin aradan qaldırılması üçün aşağıdakıların həyata keçirilməsi məqsədə uyğundur:

  • Dayanıqlı turizmin  inkişafında QHT-lərin rolu istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi;
  • Dayanıqlı turizmin  inkişafında  QHT-lərinin rolunun artırılmasını nəzərdə tutan proqramların hazırlanması və həyata keçirilməsi;
  • Dövlət orqanları tərəfindən hazırlanan və icra olunan dövlət turizm siyasətinə QHT-lərin  aktiv cəlb edilməsi;
  • Dayanıqlı turizmin  inkişafının təmin edilməsində əməkdaşlığın əhəmiyyəti, qarşlıqlı əlaqələrin gücləndirilməsi üzrə ümumrespublika və regional forumların, konfransların, dəyirmi  masaların, seminarların və s. belə tədbirlərin müntəzəm keçirilməsi və s.

Düşünürki neft gəlirlərinin azaldığı bir şəraitdə  dayanıqlı turizmin  inkşafında QHT-lərin rolunun gücləndirilməsi  istiqamətində mövcud problemlərin həlli və beynəlxalq təcrübədə yuxarıda sadalanan müddüaların hərtərəfli araşdırılması və tətbiqi Azərbaycanın turizmi potensialının dünyada daha da tanıdılmasını şərtləndirən əsas amillərdən biri ola bilər.  Dayanıqlı turizmin inkişafında QHT-lərin rolu  məsələlərini təhlil edərkən aydın olur ki,  beynəlxalq təcrübədə tətbiq olunan yeniliklərin ölkəmizdə də icrasına ehtiyac var. Müasir dövrümüzdə bir çox ölkələrdə turizmin dayanıqlı inkişafında artıq dövlət, biznes və QHT sektorları qarşılıqlı əmkdaşlıq çərçivəsində fəaliyyət göstərirlər. Ölkəmizdə də turizmin dayanıqlı inkişafında müəyyən işlər görülsədə də, hələ də bir sıra çatışmazlıqlar mövcuddur. Azərbaycanda  ümumiyyətlə turizmin dayanıqlı inkişafnda QHT-lərin rolunun gücləndiliməsi istiqamətində beynəlxalq təcrübənin öyrənilməsinə böyük ehtiyac var. /fins.az/

OXŞAR XƏBƏRLƏR