Öskürəkdən xilas edən beş ot növü

Öskürəkdən xilas edən beş ot növü
Sağlıq 11 Dekabr 2017 09:26 102
Öskürəkdən xilas edən beş ot növü

Soyuq fəsillərdə soyuqdəymə xəstəlikləri artır. Bu xəstəliklərin simptomlarından biri öskürəkdir.

 Səyyah.az turizm və sağlıq portalı saglamolun.az-a istinadən xəbər verir ki, LOR həkimlərinin belə bir deyimi var: öskürək soyuqdəymə zamanı ən birinci meydana gələn və ən axırıncı aradan qalxan simptomdur. Əslində öskürək orqanizmin qoruyucu mexanizmidir. Öskürək orqanizmi ziyanlı maddələr, toksinlər və simptomlardan azad edir. Bu səbəbdən öskürəyi "kəsmək" deyil, onu yumşaltmaq, bəlğəmin çıxmasını asanlaşdırmaq lazımdır. Bu işdə bizə təbabət yaxşı kömək edə bilər. Bəzi otlar var ki, bu otlar öskürək zamanı bəlğəmgətirici təsir edir, nəfəs yollarını təmizləyir.

Bu otlar aşağıdakılardır:

 

  1. Evkalipt
  2. Biyan kökü
  3. Adaçayı
  4. Kəklikotu
  5. Mərzə (oreqano)

 

Bu otlarla inhalyasiya etmək çox yaxşıdır. Bunun üçün 1 x.q. ot 1 stəkan qaynar suda dəmlənilir, enli qaba tökülür. Həmin suyun buxarında nəfəs almaq lazımdır. Həmçinin bu otları dəmləyib (1 x.q. ot + 1 stəkan su) içmək də olar. Gündə 3 dəfə, çay stəkanın 1/3 hissəsi qədər.

OXŞAR XƏBƏRLƏR