Yeni ilin ən təhlükəsiz avtomobillərinin adları açıqlandı-SİYAHI

Yeni ilin ən təhlükəsiz avtomobillərinin adları açıqlandı-SİYAHI
Avto 11 Dekabr 2017 09:29 1829
Yeni ilin ən təhlükəsiz avtomobillərinin adları açıqlandı-SİYAHI

Amerika Yol Təhlükəsizliyi Sığorta İnstitutunun (Insurance Institute for Highway Safety) ekspertləri 2018-ci ilin ən təhlükəsiz avtomobillərinin reytinqini tərtib ediblər.

 Səyyah.az turizm və avtomobil portalı sputnik Azərbaycana istinadən xəbər verir ki, maşınların arxadan, öndən, böyürdən (o cümlədən, sərnişin tərəfdən) zərbəyə davamlılığı yoxlanılıb. Bundan əlavə, mütəxəssislər avtomobillərin damının möhkəmliyi, kreslo və boyunardı yastıqların təhlükəsizliyi, uşaq oturacaqlarının rahatlığı, faraların işığını da yoxlayıblar. Avtomobillərə "yaxşı", "normal", "son həddə", "pis" qiymətləri qoyulub.

Ən yüksək qiyməti 15 avtomobil alıb. "Kia Forte", "Kia Soul", "Huyndai Santa Fe", "Huyndai Santa Fe Sport" modelləri hərəyə altı "yaxşı" və iki "normal" alıblar. "Subaru Impreza", "Legacy", "Outback", "Toyota Camry" hərəsinə altı "yaxşı" və bir "yaxşı+" qiyməti verilib. "BMW 5 Series", "Subaru WRX", "Genesis G90" və "Mercedes-Benz GLC" hərəyə yeddi "yaxşı" və bir "normal" qiymətinə layiq görülüblər.

OXŞAR XƏBƏRLƏR