“Green card" udanla evlənsəm, ABŞ-a gedə bilərəm? - CAVAB

“Green card
Xaricdə iş və miqrasiya 11 Dekabr 2017 20:09 1766
“Green card" udanla evlənsəm, ABŞ-a gedə bilərəm? - CAVAB

Xəbər verildiyi kimi, noyabrın 22-də ABŞ-da yaşamaq və işləmək icazəsi verən «Green card» üzrə müraciətlər başa çatıb. Bütün dünyadan milyonlarla insan həyatını ABŞ-da davam etdirmək üçün «Green card»  udmağa çalışır. Bəziləri isə bu ölkəyə köçmək üçün digər hüquqi imkanları da dəyərləndirirlər.

Seyyah.az turizm və miqrasiya portalı «Green card» və ABŞ-a viza ilə bağlı əhalini maraqlandıran sualların cavablarını təqdim edir:

 

Sualları vəkil İsmayıl Şahtaxtinski cavablandırır

Sual: Əgər turust kimi Amerikaya gəlsəm, burda Green cardı olan biri ilə evlənsəm, ABŞ-da qala bilərəm?

Cavab: Birbaşa qala bilməzsiz, bunun üçün konsulluğa müraciət etməlisiniz. Green cardı olan tərəfmüqabiliniz sizin üçün Green card müraciəti edə bilər. Amma bu proses təxminən 2 il çəkir və bu müddətin 2 il çəkməsi o demək deyil ki, bu sizə ABŞ-da yaşamaq izni verir.

 

Sual: Salam, mən Amerikada eyni viza ilə iki dəfə olmuşam və vizanın vaxtı keçmədən ölkəni tərk etmişəm. Qeyd edim ki, birincə dəfə 5 ay, ikinci dəfə 4 ay ABŞ-da qalmışam. Bu yaxında yenə səfirliyə müraciət etdim, amma mənə imtina cavabı verdilər. İndi mən nə etməliyəm? Amerikaya getmək istəyirəm, dəvətnamə olsa, ora gəlmək şansım artarmı?

Cavab: Dəvətnamə, ya dəvətnaməsiz, fərq etmir. Əsas məsələ konsulluğu inandırmaqdır ki, sizin ABŞ-da qalmaq niyyətiniz yoxdur.

 

Qeyd edək ki, belə və ya oxşar sualları olanlar cavab üçün seyyah.az-a müraciət edə bilərlər. Əməkdaşlarımız bu sualları mütəxəssislərə yönəldərək maksimum qısa müddət ərzində cavablandıracaqlar.

OXŞAR XƏBƏRLƏR