ABŞ-da həkim işləmək üçün nə etmək lazımdır? - QAYDA

ABŞ-da həkim işləmək üçün nə etmək lazımdır? - QAYDA
Xaricdə iş və miqrasiya 12 Dekabr 2017 16:46 1521
ABŞ-da həkim işləmək üçün nə etmək lazımdır? - QAYDA

ABŞ Əmək Nazirliyinin statistikasına görə, ölkədə bütün ixtisaslar üzrə 708 mindən çox həkim var. Onların illik orta əmək haqqı 2015-ci ilin məlumatına görə, 208 min dollardan çox olub.

Səyyah.az turizm və karyera portalı xəbər verir ki, 2024-cü ildə bu peşədə çalışanların sayı 2014-cü illə müqayisədə 14 faiz artıb.

Demək olar ki, ABŞ-da tibb sahəsi üzrə təhsil alanların iş tapmaq və ya aşağı maaş barədə narahat olmalarına əsas yoxdur, çünki yaxşı həkim üçün həmişə yüksək maaşlı iş var.

Amma bunun üçün ixtisasdan asılı olaraq, 11 ildən 14 ilə qədər oxumaq lazımdır.

ABŞ-da istənilən universitet təhsili iki mərhələdən ibarətdir: Birinci mərhələ 4 illikdir və sonunda bakalvr dərəcəsi verir. Bunu bitirib də uğurlu karyeraya başlamaq olar. Ancaq tbb sahəsində belə deyil. Üstəlik, bu sahədə oxumaq üçün biologiya, kimya və fizikadan imtahan verməlisən.

Tibb sahəsində təhsil iki hissədən ibarətdir, birinci universitet daxilini, ikincisi, müalicə müəssisəni əhatə edir. Bunları ugurla bitirənlər çətin bir imtahan da verib lisenziya almalıdırlar.

Amerika Tibb Kollecləri Assosiasiyasının məlumatına görə, özəl tibb təhsilinin illik ödənişi 50 min dollardır. Ştatlardan asılı olaraq, qiymətlər dəyişir, məsələn, Texas A&M Health Science Center-də illik təhsil haqqı yerli vətəndaşlar üçün təxminən17 min dollardır.

Beləliklə, 18 yaşında həkimlik oxuyan 30 yaşlarında təhsili bitirib peşəkar karyeraya başlayacaq. Nüfuzlu yerdə təhsilin dəyəri isə 400 min dollara başa gələcək.

Təbii, bütün amerikalılar milyoner ailəsi deyil və belə bahalı təhsilin öhdəsindən isə qrantlar və təqaüdlər hesabına gəlinir.

Mənbə: popmech.ru/science

OXŞAR XƏBƏRLƏR