Kanadada kütləvi işçi çatışmamazlığı müşahidə olunur – GÖSTƏRİCİLƏR

Kanadada kütləvi işçi çatışmamazlığı müşahidə olunur – GÖSTƏRİCİLƏR
Xaricdə iş və miqrasiya 20 Dekabr 2017 11:36 2388
Kanadada kütləvi işçi çatışmamazlığı müşahidə olunur – GÖSTƏRİCİLƏR

Kanadada kütləvi işçi çatışmamazlığı müşahidə olunur .

  Səyyah.az turizm və xaricdə iş portalı qərb mediasına istinadən xəbər verir ki, işçi qüvvəsinə böyük tələb tikinti,nəqliyyat və xidmət sektorunda özündə biruzə verib. İşçi çatışmamazlığı bu sahədə verilən maaşların artmasına da səbəb olub. İşsizlik həddi isə son 10 ildə minumuma enib. Kanada azad biznesmenlər federasiyası (CFIB) yaydığı məlumata görə, Kanadada 2017-ci ilin 3-cü rübündə işçi çatışmamazlığı rekord həddə çatıb. CFIB – araşdırmanı bütün Kanada üzrə fəaliyyət göstərən sahibkarlar və şirkətlər arasında aparıb. Araşdırma 2033 cavab əsasında formalaşıb. Mənbənin məlumatına görə, araşdırmadan bəlli olub ki, Kanadada rekord həddə 361 700 vakansiya boş qalıb. Sonuncu dəfə kanadalı sahibkarla kütləvi işçi çatışmamazlığı ilə 20008-ci ildə qarşılaşıblar.

CFIB-nin açıqlamasına görə bu qədər işçi çatışmamazlığı ölkənin sürətli iqtisadi artımnı ilə əlaqədər olub. Adı çəkilən qurumun baş iqtisadçısı Ted Mattlet Kanada hökumətinin bu sahədə ciddi islahatlar keçirməli olduğunu bildirib. Kanadada işçi çatışmamazlığına görə əyalətlərin göstəriciləri: Britaniya Kolumbiyası – -3.4% 60.100 nəfər Kvebek 3.1% 85000 Ontario 3% 149 600 Saskaçevan 2.4% Alberta 2.2% 33900 Digər əyalətlər ilə müqayisədə Manitoba, Nyufaundlend və Labradorda işçiyə tələb daha azdır.

fins.az

OXŞAR XƏBƏRLƏR