Dadlı və naxışlı özbək çörəkləri…

Dadlı və naxışlı özbək çörəkləri…
Şəxsi təcrübə 29 Dekabr 2017 11:59 34
Dadlı və naxışlı özbək çörəkləri…

Bu, həqiqətən də dadından doyulmayan bir nemətdir.. Özbək çörəyini heç bir əlavə qida olmadan da yesəniz, doyacaq, onun füsunkar dadından ləzzət alacaqsınız. Çörək qədimdən müqəddəslik rəmzi olub və dünyanın bütün xalqları kimi özbəklərin də bu nemətə böyük hörmət və ehtiramı var.

Elnur Niftəliyev, ortada

Əslində özbək mətbəxi – Şərq ölkələrinin mətbəxi arasında öz rəngarəngliyi, fərqliliyi ilə seçilir. Bəzi reseptlər çoxəsrlik tarixə malikdir, onlar kökəni təndirdə bişirirlər. Kökələrin isə “obi-non” “patır”, ”qat-qat patır”, “süd-qaymaqlı patır”, “toy patır” (bu artıq bəzəklidir), “şirmon”, “loçira”, “javdar”, “katlama” “küncütlü non” kimi növləri var. Çörək satanlarla söhbətimdən belə aydın oldu ki, hətta, böyük alim İbn Sina bir çox xəstəlikləri müalicə etmək məqsədi ilə özbək çörəyini yeməyi də məsləhət görürmüş.

Daşkənd, Səmərqənd, Xarəzm, Fərqanə və digər vilayətlərdə hazırlanan müxtəlif çeşiddə çörək və çörək məmulatları biri-birindən fərqlənir. Həm dadı, həm də özünəməxsus naxışları ilə. Bəli məhz naxış. Bunun üçün müxtəlif qəliblərdən istifadə olunur.

Özbəklər qürurla “Bizim çörəkdən dünyada yoxdur” deyirlər. Azərbaycan çörəyindən əsas fərqi isə odur ki, özbək çörəyini uzun müddət saxlamaq olur. Satıcılar iddia edir ki, məhz Səmərqənd çörəyini 2-3 ay, nə qədər inanılmaz olsa da, hətta 1 il saxlamaq mümkündür. Nə ətri itir, nə də keyfiyyəti. Bu ölkədə “Özbək çörəyi və şirniyyatları” bayramı da keçirilir. Onun dadına baxıb, ətri və gözəlliyindən zövq alandan sonra mən Özbək çörəyini belə adlandırdım – ÖZlərinin BƏY ÇÖRƏYİ…


Elnur Niftəliyev

OXŞAR XƏBƏRLƏR