Bu ölkəyə immiqrasiya edənlərin sayı sürətlə artır

Bu ölkəyə immiqrasiya edənlərin sayı sürətlə artır
Xaricdə iş və miqrasiya 4 Yanvar 2018 08:44 1377
Bu ölkəyə immiqrasiya edənlərin sayı sürətlə artır

Avstraliya statistika bürosunun apardığı araşdırmalara görə, Avstraliyada əhalinin sayı hər 1 dəqiqə 26 saniyədə 1 nəfər artır.  

Səyyah.az turizm portalı fins.az-a istinadən xəbər verir ki, artım əsasən bu proses bu ölkəyə gələn immiqrantların sayəsində baş verir. Bu göstərici Avstraliyanı dünyada ən çox immiqrant qəbul edən ölkələr arasında birinci edir. Statistikaya görə, hazırda ölkənin 24 772 437 nəfər əhalisi var. Hesablamalara görə, bu gedişlə Avstraliya əhalisi 2018-ci ildə 25 milyonu ötəcək. Avstraliyaya illik immiqrasiya artım tempi hazırda 1.6% təşkil edir. Xatırladaq ki, bu göstərici ABŞ-da 0.7%,Böyük Britaniyada 0.6%,Fillippin və Sinqapurda isə 1.5% təşkil edir.

OXŞAR XƏBƏRLƏR