2500 dollara başa gələn ev

2500 dollara başa gələn ev
Əmlak 5 Yanvar 2018 09:47 2897
2500 dollara başa gələn ev

 

Səyyah.az turizm və əmlak portalı xəbər verir ki, Meksikalı layihəçilər 2500 dollara başa gələn və 14 saata tikilib istifadəyə verilən evin layihəsini təqdim ediblər.

Novate.ru saytının məlumatına görə, evin qısa müddətə ərsəyə gəlməsində əsas səbəblərdən biri kərpicin hörgü prosesini tezləşdirən xüsusi formasıdır. Belə ki, fiqurlu kərpiclər konstruktor formasını xatırladaraq, bir-birinə çox asanlıqla geydirilir və nəticədə blok formasını alır. Bu zaman hər kərpici sementləməyə ehtiyac qalmır.

Hesablamalara görə, 47 kvadratmetrə malik evin inşasına hər biri 50 sent olan 2568 blok lazımdır.

OXŞAR XƏBƏRLƏR