Yol kənarından qazancını çıxaranlar – Fotolar

Yol kənarından qazancını çıxaranlar – Fotolar
Şəxsi təcrübə 5 Yanvar 2018 14:40 65
Yol kənarından qazancını çıxaranlar – Fotolar

Bakı-Qəbələ yolu. Yol kənarında müxtəlif məhsullar satan insanlar. Kimisi bağının məhsulunu, kimisi yayda bağladığı turşu balonlarını, kimisi də həyətində bəslədiyi toyuq-cücəsini satmağa çıxır yol kənarına. Səyyah.az turizm portalı xəbər verir ki, gün başlayandan ta ki, gün batana kimi. Qazancları isə gün ərzində 10-30 manat civarında olur.

Kənddə, rayon mərkəzində başqa iş olsa, bura gəlmək istəmədiklərini deyir bu insanlar. Çünki bu, onlar üçün daimi gəlir yeri deyil. Aylıq maaşı olan iş tapmaq isə indi çətindir onlar üçün.

“Yayın istisindən, qışın isə soyuğundan yol kənarında nəsə satmaq çox çətindir”-deyirlər. Payız və yaz fəsli həmin kəndlilər üçün çox əlverişlidir.

İsmayıllının Təzəkənd kəndindən gələn Vüqar 3 hinduşkanı satıb pul qazanmaq fikrindədir. Hinduşkanın birini 35 manata satır. Dediyinə görə, hərəsinin çəkisi 3-3,5 kq olar. İki gündür yol kənarında hinduşkanı satmaq istəyir, amma hələ ki, müştəri gəlib çıxmayıb.

 

 

Keçi Dərisinin içini doldurub satan Murad isə düşünür ki, belə şeyləri ancaq imkanlı və həvəskarı olan adam ala bilər. İçi doldurulmuş keçini 250 manata satan Murad deyir, əvvəllər daha baha qiymətə satardı belə şeyləri. İndi isə alan yoxdur, ya da az pul verirlər.

Mənbə: Meydan

OXŞAR XƏBƏRLƏR