"AZAL" işçi axtarır-VAKANSİYA

Təhsil və karyera 9 Yanvar 2018 14:27 4452
"AZAL" işçi axtarır-VAKANSİYA

"Azərbaycan Hava Yolları" QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir.

   Sənəd qəbulu 2018-ci il yanvarın 10- dan fevralın 10-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq. Namizədlər müsabiqə yolu ilə seçiləcəklər. Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan, azərbaycan, rus və inglis dillərində sərbəst danışan xoş xarici görünüşə malik xanımlar iştirak edə bilər. Digər xarici dilləri bilmək arzuolunandır. Müsabiqədə işrak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

- şəxsiyyət vəsiqəsi;

- bir fotoşəkil (3х4);

- xarici pasport;

- diplom, bbi və xarici dil serfikatları (əgər mövcuddursa).

Bütün sənədlər “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır/

 Əlavə məlumat üçün “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Personalla iş üzrə Baş İdarəsinə müraciət etmək olar. Əlaqə telefonları: 497-26-00 (daxili 24- 04; 32-81; 20-74)

OXŞAR XƏBƏRLƏR