Rumıniyada təqaüdlü təhsil – TƏQAÜDLƏR

Rumıniyada təqaüdlü təhsil – TƏQAÜDLƏR
Təhsil və karyera 10 Yanvar 2018 14:14 822
Rumıniyada təqaüdlü təhsil – TƏQAÜDLƏR

Rumıniyada oxumaq arzusunda olanlar üçün Rumıniya höküməti tərəfindən 2018-2019 təqaüdlü proqrama start verilib.

  Səyyah.az turizm və təhsil portalı fins.az-a istinadən xəbər verir ki, universitetlərə müraciət üçün son tarix bu ayın sonuna, 31 yanvara kimidir. Tələblər Yaş: Bakalav və Maqistr üçün 35 yaşa qədər, Doktorantura üçün 45 yaşa qədər.

Təqaüdə daxildir:

- Bakalavr üçün aylıq 65 avro

- Maqistr üçün 75 avro

- Doktorantura üçün 85 avro

- Əlavə olaraq illik təhsil haqqında azad və yataqxana ilə təmin olunursunuz

- Təyyarə bileti, yemək və.s qarşılanmır.

Maraqlanan müraciətçilər aşağıdakı sənədlərdən ibarət qovluq təqdim etməlidirlər:

- Rumıniyada Təqaüd Proqramı üzrə XİN-nin ərizə forması, düzgün doldurulmuş olmalıdır (Əlavə 1);

 - Rumıniyada təhsil almaq üçün qəbul Məktubuna dair Rumıniya Milli Təhsil Nazirliyinin ərizə forması (Əlavə 2);

- Əldə edilmiş təhsil diplomlarının (attestat və ya onun ekvivalenti + bakalavr, magistr və doktor dərəcələri, əgər varsa) notariusla təsdiq edilmiş nüsxələri və onların ingilis dilində notariusla təsdiq edilmiş tərcüməsi;

- Aspirantura təhsili ilə bağlı attestasiya vərəqlərinin (diploma əlavələrin) notariusla təsdiq edilmiş nüsxələri və onların notariusla təsdiq edilmiş tərcüməsi;

- Doğum haqqında şəhadətnamənin notariusla təsdiq edilmiş nüsxəsi və ingilis dilində notariusla təsdiq edilmiş tərcüməsi;

- Pasportun ilk 3 səhifəsinin nüsxəsi; - Təhsilə cəlb edilən şəxsin tələb olunan tədqiqatlara uyğun olmayan yoluxucu xəstəliklərə və ya digər bu kimi vəziyyətlərə malik olmadığını sübut edən tibbi arayış; - Ərizəçinin ingilis dilində CV-si (Curriculum Vitae);

- Ən son fotoşəkil

- 2 ədəd, pasport formatında. Rumıniyada təhsili ölkəmizdə fəaliyyət göstərən CBS Language & Business School təhsil şirkəti təşkil edir.

OXŞAR XƏBƏRLƏR