5500 dollara ABŞ-a getmək imkanı

5500 dollara ABŞ-a getmək imkanı
Təhsil və karyera 11 Yanvar 2018 12:27 1123
5500 dollara ABŞ-a getmək imkanı

Ölkəmizdə fəaliyyət göstərən və xaricdə təhsil təşkil edən təhsil şirkətlərindən biri həmişəkindən fərqli olaraq bu dəfə əcnəbi ölkəyə tur təşkil edəcək.

Səyyah.az turizm və təhsil portalı fins.az - a istinadən xəbər verir ki, məqsəd səyahət etməyi xoşlayan və Amerikada təhsillə maraqlanan gənclər və valideynlər üçün dinamik istirahət təşkil etməkdir. Universitetlərin siyahısı iştirakçıların özlərinin istəyi ilə dəyişdirilə bilər. Sadəcə müəyyən texniki işlər F-Group Academy tətəfindən aparılacaq. (Tur rəhbərləri, Biletlər, Vizalar, Reservasyonlar) Tur 16-25 Mart tarixləri arasında həyata keçəcəkdir. Səfər zamanı Amerikada bir neçə məktəb və universitetlərlə daha yaxından tanış ola, həmçinin xəyallar ölkəsini ziyarət etmək arzunuzu reallaşdıra bilərsiniz. Tur zamanı sizin viza, təyyarə bileti (gediş-dönüş), qarşılanma, otel, qidalanma (yalnız səhər yeməyi), sığorta xərcləriniz təşkilatçılar tərəfindən qarşılanacaqdır.

Vizadan imtina alan şəxslərin yalnız səfirlik üçün ödədiyi rüsum geri qaytarılmır. Müraciətçinin istəyinə uyğun olaraq təkrar müraciət etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR