Portuqaliyaya gedən qaçqınların yarısı ölkəni tərk edib

Portuqaliyaya gedən qaçqınların yarısı ölkəni tərk edib
Xaricdə iş və miqrasiya 16 Yanvar 2018 07:59 1315
Portuqaliyaya gedən qaçqınların yarısı ölkəni tərk edib

Avropa İttifaqının kvotalarına uyğun olaraq Portuqaliyanın qəbul etdiyi 1520 qaçqından 689 nəfəri ölkəni tərk edib.

Səyyah.az  Azərtac-a istinadən bildirir ki, Portuqaliya hökumətinin hesabatında deyilir ki, 2015-2017-ci illər ərzində bu ölkəyə Yunanıstan və İtaliyadakı qaçqın düşərgələrindən 1520 qaçqın göndərilib. Onların 51 faizi, yəni, 689 nəfəri Portuqaliyanı tərk edib.

Hökumət bunu onunla izah edir ki, Suriya , Eritreya və İraqdan olan bu qaçqınlar burada cəmiyyətə inteqrasiyada, dilin öyrənilməsində çətinliklərlə üzləşiblər. Hesabatda o da qeyd edilir ki, Portuqaliyaya gəlmiş qaçqınların 50 faizi işlə təmin olunub, 100 faizinin tibbi xidmətlərdən istifadə imkanı var və bütün uşaqlar məktəblərə yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR