Gürcüstanda ev almaq neçəyədir? – QİYMƏTLƏR

Gürcüstanda ev almaq neçəyədir? – QİYMƏTLƏR
Əmlak 16 Yanvar 2018 16:16 4004
Gürcüstanda ev almaq neçəyədir? – QİYMƏTLƏR

Son zamanlar Gürcüstandan ev alan Azərbaycan vətəndaşları artır. Bunu Fins.az-a açıqlamasında    Tbilisidə şəhərsalma ilə məşğul olan və bölgələrdə kurort tikintisini həyata keçirən “Liste Development” şirkətdən bildirilib. Məlumata görə, 2017-ci ildə təkcə “Liste Development” şirkətindən 50 nəfər Azərbaycan vətəndaşı daşınmaz əmlak alıb. Şirkətdən bildirilib ki,  Gürcüstanda bürokratik əngəllərin aşağı səviyyədə olması investorların bura marağını artırır, o cümlədən daşınmaz əmlak sektoruna yatırım edənlərin artmasına səbəb olur.

 Evlərin qiymətinə gəlincə, şirkətdən bildirilib ki, Tbilisidə həyata keçirdikləri layihələrdə təmirsiz evlərin qiyməti yerləşmə yerindən aslı olaraq kv.metr üçün 1300-3000 dollar arasında dəyişir. Qaradəniz sahili kurort bölgələrdə isə satılan təmirli və hər bir mebellə təmin edilən evlər isə kv.m üzrə 1600-1700 dollara təklif edilir. “Liste Development”dən bildirilib ki, Tbilisidə yeni mənzillər əsasən təmirsiz formada satışa çıxarılır. Tbilisidə bu mənzillərin qiymətləri isə kv.m üçün 1500-1700 dollar arasında dəyişir.   

OXŞAR XƏBƏRLƏR