Sofiya şəhərində turistin gördükləri-FOTOLAR

Sofiya şəhərində turistin gördükləri-FOTOLAR
Şəxsi təcrübə 31 Yanvar 2018 10:10 1493
Sofiya şəhərində turistin gördükləri-FOTOLAR

 

Səyyah.az turizm portalı Sofiya şəhərinə səfər edən turistimiz Azər İsmayılın şəxsi təcrübəsini bölüşür.

 

   Sofiya aeroportunda 10 avronu 19 “lev”ə dəyişdim. Lev Bolqarıstanın milli valyutasıdır. Təxmini manata bərabərdir. Bu tərəfdən bəxtimiz gətirib ki, beynimizi kalkulyator yerinə çox işlətmirik Bolqarıstanda. Aeroportun çıxışında metro stansiyası var. Metro ilə şəhərin mərkəzinə gedə bilərsiniz. Bir gedişin qiyməti 1.6 levdir, 10 gedişin qiyməti isə 12 lev. Bunları bilet aparatından almaq olur. Bundan əlavə günlük limitsiz bilet 4 lev, üç günlük isə 10 lev-dir. Bu kartlarla avrobus, metro, tramvay və trolleybuslardan istifadə edə bilərsiniz. Limitsiz kartı yalnız kassadan almaq mümkündür. Sofiya metrosu o qədər də çox stansiyaya malik deyil, amma şəhərin mərkəzində çoxlu stansiyası var.

Nə başınızı ağrıdım, getdim çıxdım Sofiya Universiteti metrosuna, ordan da 10 dəqiqə piyada gedib əvvəlcədən bron elədiyim 123 House hostelinə çatdım. Hava şaxtalı idi qar yağmışdı, amma çox da soyuq deyildi. 123 House cəmi 40 yataqdan ibarət hosteldir, çox rahat və təmizdir yerdir. Bir gecəsi 6 avrodur, qiymətə səhər yeməyi və limitsiz çay-kofe daxildir. Reseptionist Velin isə çox mehriban və yardimcıl idi. Hostel haqqında ətraflı burda: http://www.booking.com/Share-WPz2MA

Sofiyanın hər yerində Lev-ə rast gələcəksiniz, yəni ki şirə. Bu, onların milli simvolu kimidir. İlk gündə şəhərdə plansız, xaotik hərəkət edirdim sadəcə gördüklərimdən zövq almağa çalışıdırdım. Axşamüstü gəldim çıxdım məşhur tarqovu küçə olan Vitoşa küçəsinə. Burda çoxlu mağaza və restoranlar var. Maşın və digər nəqliyyat vasitələri buraxılmır, yalnız piyada gəzmək olar. Qidalanmaq üçün kifayət qədər yer var. Qiymətlər çox münasibdir. Şəhərdaxili nəqliyyatdan demək olar ki, istifadə eləmədim, çünki bütün görülməli yerlər mərkəzdə cəmlənib və hamısı bir birinə yaxındır. Odur ki, hər yeri piyada gəzdim.

Növbəti gün Free Sofia Tour-dan istifadə elədim. Deməli bu QHT kimi bir qurumdur. Hər gün səhər saat 11-də şəhərin mərkəzində – Ədliyyə Sarayının yanın qarşısında toplaşıb qruplara bölünürlər və iki saatlıq piyada tur edirlər. Tur şəhərin mərkəzində ən görməli yerləri əhatə edir. İngiliscə aparılır. Mənim çox xoşuma gəldi. Hər ölkədən turistlər var idi, əsl multikultural ortam. Təxmini iki saat yarım çəkdi. Ətraflı məlumatı burdan öyrənə bilərsiniz: https://www.facebook.com/pg/freesofiatour . Tur zamanı çəkdiyim şəkillər.

2009-cu ildə Sofiya metrosunun yeni xətti üçün qazıntı işləri aparanda indiki Serdika metro stansitasının yanında yeraltı tikililər aşkar ediblər. Sonradan arxeoloqları dəvət ediblər və bu tikililərin 4-6-cı əsrə aid olduğu məlum olub. Daha sonra 15 milyon levlə buranı buranı açıq muzey ediblər.

Tur bitəndən sonra Aleksandr Nevski və Sveta Sofia kilsələrini ziyarət elədim. Nevski çox möhtəşəm tikilidir. Bolqarlar nadir hallarda hansısa kilsənin adını bolqar olmayan şəxslə bağlayırlar. Amma Aleksandr Nevskinin Bolqarıstanın azad olmasında müstəsna xidmətlərinə görə 1912-ci ildə onun adını daşıyan provoslav kilsəsi tikiblər. Çox möhtəşəmdir.

Daha bir maraqlı tikili Sofiyanın köhnə hamamıdır. İndi muzey kimi fəaliyyət göstərən bu bina vaxtı ilə şəhərin ən əsas ziyarət olunan yerlərindən olub. Hamamda yerdən çıxan isti sudan istifadə ediblər. İndi isə o sudan balaca bir kran saxlayıblar. İçməlidir və dadlıdır 

IMAG5836

Qayıdan günü, günün ikinci yarısını Borisova Gradina parkında keçirdim. Meşə tipli parkda çox sakit və rahat vaxt keçirmək olar. Quşlar üçün olan yem qabı çox əla idi. Uşaqlar üçün də böyük meydança qurulub.

Final üçün onu deyə bilərəm ki, 2-3 gün və maksimum 40 avro bu şəhəri gəzmək üçün tam bəs edir. Qış fəsli olduğu üçün şəkillər boz ola bilər. Amma şəhər boz deyil, yaz-yay müddətində daha rəngli olur. @azikiss.me

OXŞAR XƏBƏRLƏR