Kutaisiyə getməyin yolları

Kutaisiyə getməyin yolları
Şəxsi təcrübə 31 Yanvar 2018 10:55 1355
Kutaisiyə getməyin yolları

 

Səyyah.az turizm portalı Kutaisi şəhərinə gedənlərin şəxsi təcrübəsini bölüşür.

Bu il WizzAir Kutaisi aeroportunda Avropanın 19 şəhəhərinə birbaşa reyslər edəcək. Reyslərin qiymətinin əlverişli və birbaşa olması Azərbaycan vətəndaşlarını bu aeroportdan uçmağa sövq edir. Məndən ən çox soruşulan suallardan biri də Kutaisi aeroportuna getməyin yollarıdır. Bu dəfə sizə Bakıdan Kutaisi aeroportuna getməyin ucuz və qısa yolları haqqında danışacam. Hər şeydən əvvəl uçuşun vaxtına nəzər yetirmək lazımdır. Mən uçuşları iki yerə bölürəm, günorta 13:00-a qədər olan və 13:00-dan sonra olan uçuşlar.

Düşünürəm ki, o bloqun “Qatar/Taksi” hissəsi sizə çox lazım olacaq.

13:00-A QƏDƏR OLAN UÇUŞLAR

Bu halda tövsiyyə edirəm ki, uçuş günündən 1 gün əvvəl Tiflisdə olasınız. Misal üçün, uçuşunuz 11 fevral saat 11:00-dırsa 10 fevralda artıq Tiflisdə olmalısınız. Georgianbus şirkəti hər uçuş üçün Tiflisdən Kutaisi aeroportuna birbaşa transfer təşkil edir, 20 laridir. Adətən uçuş saatından 6-7 saat öncə Tiflisdən çıxır avtobusları. Səfər təxmini 4 saat çəkir. Biletləri www.georgianbus.com saytından ala bilərsiniz. Avtobusa minik Liberty metrosunun yanındakı Puşkin parkındandır, bu linkdə dəqiq yeri görə bilərsiniz: https://goo.gl/maps/tPyrT2pabdq . Uçuşunuz səhər saat 6-7 arasıdırsa və 5 lari qənaət eləmək istəyirsinizdə öncəki gün gecə ən geci 23:00-da Didube metrostansiyasında yerləşən regional avtovağzaldan Batumiyə edən avtobuslarla da Kutaisi aeroportuna gedə bilərsiniz. Amma sürücüyə mütləq deyin ki, aeroportda düşəcəksiniz. Gedişhaqqı 15 lari olacaq.

13:00-DAN SONRA OLAN UÇUŞLAR

Bu halda Tiflisdə uçuş günü səhər tezdən olmağınız lazımdır. Uçuşdan ən geci 6 saat öncə Kutaisi aeroportuna gedəcəyiniz avtobus yola düşməlidir. Uyğun olaraq GeorgianBusdan və ya regional (Didube) avtovağzaldan istifadə edə bilərsiniz.

GeorgianBus avtobuslarının çıxmağına 20-30 dəqiqə qalmış avtobusun yanında olsanız yaxşı olar, çünki biletdə yer göstərilmir və gec gəldiyinizdə yeni avtobusu əlavə yarım saat gözləməli olacaqsınız.

KUTAİSİ-BAKI

Kutaisi aeroportundan Tiflisə yalnız GeorgianBus-la getmək olar. Tiflisdən isə Bakıya ya axşam çıxan qatarla, ya da vağzalın qabağından avtobusla Qırmızı Körpüyə ordan da ya taksi, ya da avtobusla gedə bilərsiniz.

Tiflisdən Kutaisi aeroportuna qatar reysi hələ ki yoxdur. Kutaisi şəhərinə gedən qatar isə uyğun vaxtda getmir.@azikiss.me

OXŞAR XƏBƏRLƏR