Azərbaycanda 89 Hindistan vətəndaşı sax­­­la­nıl­ıb

Azərbaycanda 89 Hindistan vətəndaşı sax­­­la­nıl­ıb
Xaricdə iş və miqrasiya 3 Fevral 2018 11:22 284
Azərbaycanda 89 Hindistan vətəndaşı sax­­­la­nıl­ıb

Qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­miş tədbirlər za­ma­nı 89 nəfər Hindistan vətəndaşı sax­­­lanıl­ıb.

Səyyah.az turizm və miqrasiya portalı xəbər verirki, Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, Bakı şəhəri Sabunçu və Binəqədi ra­yon­la­rında qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 89 nəfər Hin­dis­tan Res­pub­­­li­ka­sı­nın vətəndaşları saxlanılıb.

Araşdırma zamanı həmin əc­nəbilərin viza ilə ölkəyə daxil olduqları, 36 nəfərin olduğu yer üzrə qeydiyyatının olmadığı, 31 nəfərin ölkə­də viza müd­də­ti­nin bit­diyi, 19 nəfərin Azərbaycana gəlişlərinin bəyan edil­miş məqsədlərini poz­­duq­ları və 1 nəfərin qey­diy­yat ünvanı üzrə yaşamadığı aşkar edil­ib.

Qeyd edilən əcnəbilərin işlə təmin etmək adı altında aldadılaraq Azər­bay­cana gə­tiril­mə­sini Hindistan vətəndaşı, 22.01.1965-ci il tə­vəl­lüd­lü, Mohammad Sakirin öz həm­­­və­tən­ləri Alimuddin Shaikh, SK Allarakha, Pathan Junedkhan Mu­kimkhan və Pa­kistan İslam Respublikasının vətəndaşı Sajid Fraz ilə əlbir olaraq təşkil et­di­yi mə­­lum olub.

Təşkilatçılardan Mohammad Sakirin sonuncu dəfə Azərbaycana 14.01.2018-ci il tarixdə işgüzar səfər məqsədi ilə gəldiyi və 20.01.2018-ci il tarixdə Bakı şə­hə­ri, Nə­­­si­mi rayonu, Tbilisi prospekti, ev 66, mənzil 3 ünvanı üzrə olduğu yer üzrə (qəbul edən tə­­rəf: Qə­­dirov Rüşdü Qur­ba­nə­li oğlu) qeydiyyata alındığı müəyyən edilib. Digər təşkilatçılar - 26.11.1994-cü il tə­­vəl­lüd­lü P.J.Mukimkhanın ölkəyə sonuncu dəfə 25.11.2017-ci il ta­rixdə da­xil olduğu, Azər­bay­­can Tex­niki Universitetinin hazırlıq kursunun tələbəsi olaraq 27.12.2017-ci il tarixdən 30.10.2018-ci il tarixədək etibarlı olan müvəqqəti yaşama icazəsi vəsi­qə­­si aldığı, 05.03.1985-ci il tə­vəl­lüd­lü Sajid Frazın Azərbaycan vətəndaşı ilə nikah əsa­sın­da 30.04.2018-ci il ta­rixədək müvəqqəti yaşama icazəsi vəsiqəsinin olduğu məlum olub.

Keçirilmiş tədbirlər nəticəsində neqativ kanala təşkilatçılıq edən Mo­hamed Sakir, Pathan Junedkhan Mukimkhan, Alimuddin Shaikh saxlanılıblar. O cümlədən digər qrup üzvü “Mun­na” ləqəbli SK Allarakha məsuliyyətdən yayınmaq məqsədilə 31.01.2018-ci il tarixdə ölkə əra­zi­sini tərk etməyə cəhd edərkən Heydər Əliyev Beynəlxalq Aeroportunda sax­la­nıl­ıb və Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yer­ləş­di­rilib. @baku.ws

OXŞAR XƏBƏRLƏR