Dedilər, ilk iş hamama getməlisiz...

Dedilər, ilk iş hamama getməlisiz...
Şəxsi təcrübə 7 Fevral 2018 14:21 772
Dedilər, ilk iş hamama getməlisiz...

“13 saatlıq uçuşdan sonra, nəhayət, Yaponiyaya gəldik. Dedilər ki, təyyarədən düşən kimi ilk iş yapon hamamına getməlisiz. Bu yolla təyyarədə yatıb gördüyümüz yuxuları suya danışıb, çimib yorğunluğumuzdan hifz olmalıyıq. Ancaq sən demə, bunun hələ davamı da varmış...”

Səyyah.az turizm portalı xəbər verir ki, bu sözləri səyahət fotoqrafı Əli Əkbər Yaponiya ilə bağlı xatirələrində yazıb. Fotoqrafın sözlərinə görə, bədənində döymə olan şəxslər səyahət üçün Yaponiyanı seçən zaman bir daha düşünsə, pis olmaz:

“Elə təzəcə hamama qədəm qoymuşduq ki, xəbərdarlıq gəldi: kimin döyməsi varsa, bintlə bağlasın, görünməməlidir. Sən demə, döyməli ziyarətçiləri Yaponiyadakı əksər otellər qəbul etməkdən imtina edirlər. Bunu həm də Yaponiyanın Milli Turizm Agentliyinin sorğusunun nəticələri də təsdiq edir. Çünki tato ölkədə yakudza (mütəşəkkil cinayət forması) ilə assosiasiya olunur. Ölkədəki otellərin 55%-i turistlərə qarşı bu cür qadağa tətbiq edir. Cəmi 31%-inin vecinə deyil, 13%-i isə tatolarını üstünü örtmək şərti ilə bu turistləri qəbul edə biləcəklərini bildiriblər.

Mənim isə qəbahətim lap böyük idi. Bədənimdə döyməmin olmağı bəs deyil, hələ bir arsız-arsız yapon heroqlifləri ilə yazdırmışam.

Heç nə, kor-peşman gedib bir küncdə yıxıldım, yatdım. Qaldım hamamsız. Əvəzində hirsimdən bol-bol fotolar çəkdim”

@qafqazinfo





OXŞAR XƏBƏRLƏR