“Macarıstana bilet” Püşkatma müsabiqəsi

“Macarıstana bilet” Püşkatma müsabiqəsi
Təhsil və karyera 9 Fevral 2018 10:07 698
“Macarıstana bilet” Püşkatma müsabiqəsi

Macarıstanda təhsil almaq məqsədilə sənədlərini Macarıstan universitetlərinə göndərməyə hazırlaşan və ya Macarıstan təqaüd proqramına müraciət etməyə hazırlaşan tələbələr arasında Püşkatma keçiriləcək.

Qaliblərini aşağıdakı mükafatlar gözləyir. 

Püşkatmada adı çıxmış 7 nəfər tələbənin hər birinə 100 azn miqdarında mükafat təqdim olunacaq.

1. Müsabiqədə kimlər iştirak edə bilər? Püşkatmada həm öz hesabına, həm də pulsuz (təqaüdlə) təhsil almaq məqsədilə Macarıstan universitetlərinə (bakalavr, magistr, PhD və ya ingilis dili kurslarına) öz sənədlərini göndərməyə hazırlaşan tələbələr iştirak edə bilərlər.

2. Püşkatmaya necə qoşulmaq olar? 1) Buradakı ( http://tiny.cc/macaristana_bilet ) anket formasını dolduraraq müsabiqəyə qoşula bilərsiniz (Yalnız bu anket formasını dolduran tələbələr Püşkatmada iştirak edə və mükafat qazana biləcəklər.) 2) Əgər tələbənin Macarıstana sənəd göndərdiyini dəqiqləşdirmək tələb olunarsa, əlavə sübutlar istənilə bilər 3. Püşkatmada iştirak üçün son tarixi nə vaxtdır? Tələbələr 18 fevral 2018-ci il, gecə saat 23:59-a kimi http://tiny.cc/macaristana_bilet keçi dində olan online formanı dolduraraq qeydiyyatdan keçməlidirlər. 4. Püşkatma hansı formada və harada keçiriləcək?

Püşkatma “Study in Hungary” layihəsinin ofisində, iştirakçıların gözü qarşısında keçiriləcək. Tələbələr özləri öz aralarında püşk ataraq qalibi müəyyən edəcəklər. Əgər yuxarıdakı şərtlər və qaydalarla razısınızsa, onda linkindəki online anketi doldurmağınız xahiş olunur. Yalnız bu qeydiyyat formasını dolduran tələbələrlə təşkilatçılar əlaqə saxlayacaqlar. Əgər Sizin dostunuz və ya tanışınız da Macarıstanda təhsil üçün sənədlərini göndəribsə, onda ona da bu linki göndərə bilərsiniz ki, qeydiyyatdan keçsin və püşkatmada iştirak etsin. Əlavə suallarınız olarsa, 050 257 11 41 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

@fins.az

OXŞAR XƏBƏRLƏR