Səyahət zamanı maşın kirayələmək üçün – MƏSLƏHƏTLƏR

Səyahət zamanı maşın kirayələmək üçün – MƏSLƏHƏTLƏR
Avto 9 Fevral 2018 13:47 2632
Səyahət zamanı maşın kirayələmək üçün – MƏSLƏHƏTLƏR

 

Səyahətə çıxanda lazım olan ən mühim şərtlərdən biri hərəkət rahatlığıdır. Seyyah.az turizm və istirahət portalı xəbər verir ki, bəzi ölkələrdə sərfəli ictimai nəqliyyat və ya taksi xidmətlərindən istifadə edilsə də bir çox ölkədə bu xidmət üçün yüksək məbləğ tələb edilir. Əksəriyyət “renta car”, yəni avtomobil kirayələmək xidmətinə üz tutur. Bəs səyahətdə ikən avtomobil kirayələmək istəsək nələrə diqqət etməliyik?

 

Avtomobil kirayələyəndə motor gücünə diqqət etmək vacibdir. Az yanacaq sərfiyyatı üçün bu mühimdir. Avtomobilin hansı yanacaqla işləməsi də vacib amildir, səfər etdiyiniz ölkədə benzin və dizelə görə təyin edilmiş qiymətləri öyrənməyiniz daha sərfəli avtomobil kirayələməyinizə kömək edəcək. Əgər uzun müddətli istifadə üçün kirayələyirsinizsə sığortalamaq lazımdır, buna görə də sığorta qiymətlərinə də diqqət yetirməkdə fayda var.

 

Avtomobil kirayələyərkən “initial point-destination” münasibətlərinə də diqqət etmək lazımdır. Bu xidmət eyni ölkə daxilindəki bir Hertz filialından maşın götürüb, başqasına təhvil vermək anlamına gəlir.

  1. sağdan olan avtomobillər və yolun hərəkət istiqaməti sağ olan ölkələrdə avtomobil kirayələmək məsləhət deyil. Çünki biz sol tərəf idarəetmə sisteminə alışdığımız üçün qəza vəziyyəti yarada bilərik.

 

Avtomobili öncədən bron etməkdə fayda var. Bu zaman sığorta, kasko, qəza halında sizdən tələb ediləcək məbləğə diqqət edərək kirayələməyə önəm verin. Rezerv blok kartdan nə qədər tutulur, buna da diqqət etmək vacibdir. Misal üçün, Norveçdə 9000 Kr rezerv blok edirler, bu isə əlavə 2000 manat dəməkdir. Dubayda avtomobili aeroportda kirayələyirsinizsə əlavə 30-40 dollar ödəməli olacaqsınız. Aeroporta görə əlavə “pick-up point” xərclərini də diqqətdə saxlamaq lazımdır.

 

Avtomobil kirayələyərkən istifadədən öncə bir neçə profildən fotoşəklini çəkin və ya kadrlarını lentə alın. Bu qəza baş verməsə belə sizin təminatınız ola bilər. Kirayəni rəsmiləşdirərkən maksimum neçə km sürülməsinə icazə verildiyinə də diqqət yetirin ki sonra problem yaşamayasınız. Çünki limiti aşdıqdan sonra sürülmüş hər km üçün əlavə ödəniş tələb edilir.

 

Avtomobil kirayə verən şirkətin nüfuzu da vacib amildir. Azərbaycanlı səyahətçilər Avis, Hertz, Gold Car kimi avto kirayələmə şirkətlərinə daha çox üstünlük verir. İspaniya, Portuqaliya və Fransa kimi ölkələrdə səyahətçilər daha çox Gold Car-ın xidmətlərindən istifadə edirlər. Türkiyədə səyahətçilərin üstünlük verdiyi şirkətlər Garenta, Budget, Avis-dir.

 

Qeyd etmək istərdik ki, səyahət etdiyiniz ölkədə hərəkət istiqamətinizdəki bütün nəqliyyat vasitələrinin gediş haqlarını əvvəlcədən araşdırmaq sizin yararınıza olacaq. Çünki bəzən bu cür hərəkət avtomobil kirayələməkdən daha sərfəli olur, tıxacların sıx olduğu ölkələrdə bu yolla həm büdcənizə, həm də vaxtınıza qənaət etmiş olursunuz.

OXŞAR XƏBƏRLƏR