Amsterdam: Haranı gəzməli, nə yeməli, nə içməli?

Amsterdam: Haranı gəzməli, nə yeməli, nə içməli?
Şəxsi təcrübə 12 Fevral 2018 10:14 948
Amsterdam: Haranı gəzməli, nə yeməli, nə içməli?

Bu bölməmizdə səyahətçilərin başına gələn maraqlı əhvalatları, səfər təcrübələrini  yayımlayırıq.

Səfər təəssüratı barədə yazılanları təhrif etməmək üçün yazılara redaktə və heç bir əlavə olunmur.

Səyyah.az Turizm və İstirahət saytı bu dəfə Facebook İstifadəçisi  Zulya Abdullayevanın səfər təəssüratını təqdim edir.

 

"Deməli belə, mən də Avropa Birliyinə qəbul olmuş ölkələrdə təhsil alan tələbələr kimi gəldiyim gündən içində bir travel aclığı olan azərbaycanlı kimi gəzməyə başladım )) və hər dəfə bir action yaşadığımdan bu qrupa sərgüzəştlərimi yazmağı düşünürdüm ama necəsə olurdu yazmırdım. Bu sonuncu travel-dəki aksiyonlar artıq son damla oldu )) Deməli Amsterdam hələ qurulmamışdı, mən ad günümü Amsterdamda keçirməyi xəyal edirdim həmişədən, artıq bu il şükür o arzum gerçəkləşdi. Yalnız ad günümün son saatları çox da ürək açıcı olmadı- əsas da elə bu səbəbdən yazmaq qərarına gəldim ki bilməyənlər varsa aranızda məlumatlı olsun bizim çəkdiyimizi çəkməsinlər) dərd mənasında.

Deməli biz bir dostumla Amsterdama Eindhovendən gedək dedik, tələbə adamlarıq- başa düşərsiz yəqin)) Təyyarədən endikdən sonra Eindhovendə cəmi yarım saat keçirdik və yollandıq Amsterdama. Ilk öncə deyim ki, hər gözəlin bir eybi var-Amsterdam da gözəl olduğu qədər bahalı şəhərdi. Turist olduqda isə 2 qat uduzursan bunu deməyə ehtiyyac yoxdu yəqinki) Amsterdamda görüləsi yerləri çox eşitmişik. Biz demək olar ki heç 2 gün qalmadıq orada. Ona görə hər yeri gəzmək şansımız olmadı.

Gördüklərimizdən:

China town deyilən yer var, buddistlərin məbədi yerləşir çox sakitləşdirici mühiti və musiqisi var. Qapıda qoyulan kağızlardan birini seçib, kağızda verilən mesajı oxuya və ya bizim dildə desək falçıya müraciət edə bilərsiz. Kartda yazılanlar isə, tamı tamıma Cem Yılmaz demiş, "mutluluk içimizde" türündən bir şeydi, ara yerdə 50 cent qazanırlar mənim kimilərdən ))) Şəhər özü elə gözəldiki elə kanalların ətrafını gəzdikcə, binaları seyr etdikcə sehrlənirsən.

P.S sehrlənmə bir az da kanalların ətrafında hər addımda olan coffee shoplardan gələn qoxulardan ola bilər.

Qidalara gəldikdə çox dadlı pivələri var və pivə ilə içmək üçün snack axtarsanız mütləq bitterballen dadmağı məsləhət görürəm. "Селёдка“( herring) deyə bildiyimiz balıqları ilə məhşurdular və çörəyin arasında zövqə görə turşu ilə və ya sadə serve edilir, çox dadlıdı. Ən məhşur yeməkləri isə "stampot" adlanır, ondan yeməyə zamanımız çatmadı, ümid edirik gələn səfərə.

Transport 1 günlük 7.50 eurodur. Müqayisə üçün deyim ki milanda bu 4.50 idi ))

Keçək arzuolunmaz və gözlənilməz hadisələrə.

Uçuşumuz Eindhovendən səhər olduğuna görə axşam qayıtdıq Eindhoven-ə və dedik biraz gəzək sonra da yollanaq airport-a uçuşa qədər qalaq orada və ba bammm :)) saat 12də yaxınlaşdılar ki, bizim aeroport saat 12də bağlanır və bir də 5in yarısı açılır, mədəni surətdə airport-u tərk edin ))) airport e airport, gecə bağlanmaq, bizim də əvvəldən bundan xəbərimiz olmadığına görə qalacaq yerimiz də yox idi. Elə həmin gündən başlayaraq bütün Hollandiyada güclü külək müşahidə olunub və bunun da üstünə yağış yağmağa başlasa nə olar? Gözəllik!

Yenidən şəhər mərkəzinə qayıtmaqdan başqa bir çarə yox idi. (qeyd üçün mərkəzdən airporta bir dəfəlik gediş 4.50 euro idi) Dedik day keçib gedək heç olmasa bir yerdə oturub bir şey içərik vaxt keçər. Və budur ikinci ba bam!) ən saydığını say məsəli ))) şəhərdə saat 2dən sonra heç bir açıq məkan yox idi. Night clublar ən geci 2də bağlanır. (biri bunlara başa salmalıdı ki night saat 2dən sonra başlayır) mən başa salardım da şəhərdə adam tapmadıq həmin vaxt )) Eindhoveni şəhər olaraq "dead city" adlandırdım elə bu vaxtdan sonra. Saat 04.00-a qədər küçədə köhnə maraqlı hekayələrlə, qiybətlərlə   vaxt keçirməyə çalışdıqdan sonra yollandıq taksi ilə airport-a (25 euro). Ondan sonra normal həyata geri döndük ama bir daha Eindhovendən harasa yola düşərikmi heç əmin deyiləm, pis xatirələrimiz var o şəhərlə əlaqəli ))

Səbri çatıb bura qədər oxuyanlara və yarıda give up edənlərə, qısacası hamıya təşəkkürlər :)

OXŞAR XƏBƏRLƏR