Səyahətçilərin qəlbini fəth edən İrlandiya

Səyahətçilərin qəlbini fəth edən İrlandiya
Şəxsi təcrübə 13 Fevral 2018 16:52 757
Səyahətçilərin qəlbini fəth edən İrlandiya

Bu bölməmizdə səyahətçilərin başına gələn maraqlı əhvalatları, səfər təcrübələrini yayımlayırıq.

Səfər təəssüratı barədə yazılanları təhrif etməmək üçün yazılara redaktə və heç bir əlavə olunmur.

"Səyyah.az Turizm və İstirahət saytı bu dəfə Facebook İstifadəçisi Tural Abdullanın səfər təəssüratını təqdim edir:

"Gəlin sizə bir əvvəlki macəramdan danışım. Keçən il, dekabrında İrlandiyaya getmişdim. Düzünü desəm vizaya görə inanmırdım alınsın, amma nəticədə getdim və inandırım sizi İrlandiya təbiətinə görə ürəyimi fəth edən ölkələrdən biridir...

Dublindən başqa, gündəlik turlara qatıldım. İrlandiyanı mənə sevdirən film isə “P.S. İ love you” olub. Elə əsas məqsədim də kinoda olan yerləri gözümlə görmək idi. Hamısını görə bilməsəm də bir qismini görməyi bacardım.

Bu şəkil isə oradan yadigar olaraq hələ də xatirələrimdədir. Deməli, bir neçə gənclərlə Glendalough'a getməyi planladıq və getdik. Wicklow dağının aşağı hissəsində yerləşir bu dediyim yer. Avtobus dayandı və tour guidimiz 5-10 deq. vaxt verdi ki, bir az mənzərəni kəşf edək. Özü də qeyd etdi ki, diqqətli olsanız İrlandiyada çoxlu ceyranlar görə bilərsiniz. Mən də hara getsəm bir macəra gəlməlidi başıma... Macərasız gəzintinin nə mənası! Deməli təbiətini diqqətlə seyr etdiyim ərazidə uzaqdan nəyinsə bir yerdə tərpəndiyini gördüm. Tam dəqiq bilməsəm də nə olduğunu dostlarımla başladım müzakirəyə... Qara olduğu üçün mən onun böyük quş olduğunu zənn etdim. Dostlarımdan birisə ölü dovşan olduğunu dedi.

Dözmədim, dedim nə olursa olsun gedəcəm sona kimi görüm bu nədir. Yanımızda bir başqa qadın da var idi. Əsas o məni ürəkləndirdi. Bir az da yaxınlaşdıqdan sonra elə bildim vəhşi heyvandı, amma gördüm ki bu çıxa bilmir. Dedim yox vəhşi də olsa gözümlə görməsəm rahatlaşa bilməyəcəm. Sonunda həmin yerə çatdım. Siz deməyin, bu balaca ceyran balasıymış. Deməli, axşamdan tullanıb ki, hasarı keçsin... Hasarda da simlər var idi, ayağı ilişib qalıb simin arasında. Tullandıqcada ayağını sim kəsib... Voobşem bir təhər 3 nəfər şofer, mən və bu qadının yoldaşı ceyran balasını oradan çıxartdıq. Dediyim kimi gecədən qalıb yağışlı havada üstü palçıq, beləcə bir şəkil yadigar qaldı oradan..."

 

OXŞAR XƏBƏRLƏR