"Central Baku Hotel" işçi axtarır-VAKANSİYA

Təhsil və karyera 14 Fevral 2018 12:42 3006
"Central Baku Hotel" işçi axtarır-VAKANSİYA

Səyyah.az turizm və karyera portalı xəbər verir ki, "Central Baku Hotel" QEYDİYYATÇI ( GECƏ NÖVBƏSİ) axtarır.

ƏMƏK HAQQI 300 – 350 AZN

TƏLƏBLƏR:

Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri - əla

Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı

Cinsi: kişi

Yaş həddi: 24 yaşadək

Təhsil: ali

Xoş görünüşlü, gülərüz, pozitiv, konfliktləri yola vermək,

hər xasiyyətdə insanlar ilə yola getməyi bacaran, mövcud problemin

həllini yerində tapacaq biri.

 

VƏZİFƏLƏR:

-Qonaqların qarşılanması, oteldə qeydiyyata alınması və yerləşdirilməsidir və oteldən yola salınması

-Rezervasiyaların qəbul edilməsi, otaqların ayrılması, qeydiyyatın aparılması, mesajların ötürülməsi və hesabların hazırlanması və digər bu kimi geniş həcmli inzibati işlərin icrası.

-Qonaqlara yerli ərazi barədə, dövlət qurumları və müvafiq müəssisələrlə bağlı məlumatlar verilməsi.

-Qonaqlar ilə yüksək səviyyədə təmasların qurulması, taksi sifarişlərinin verilməsi

-Kompüter avadanlığından və internetdən optimal səviyyədə istifadə etmə bacarığı.

-Gələn zənglərə cavab vermək və aidiyyatı şöbəyə yönəltmək

 

İŞ ŞƏRAİTİ:

 

Bir gündən bir,növbəli iş qrafiki;

İş qrafiki: 18:00-08:00

Yemək şirkət tərəfindən verilir.

 

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

 

Şəkilsiz namizədlərin CV-lərinə baxılmayacaqdır.

 

Müraciət etmək istəyənlər CV-lərini info@centralbakuhotel.com

ünvana göndərmələri xahiş olunur. CV-lərlə tanış olunduqdan

sonra uyğun namizədlərlə tez bir vaxtda əlaqə saxlanılacaq.

 

OXŞAR XƏBƏRLƏR