İstanbulun Balatı və Balatın rəngli evləri - FOTOREPORTAJ

İstanbulun Balatı və Balatın rəngli evləri - FOTOREPORTAJ
Şəxsi təcrübə 15 Fevral 2018 10:09 2065
İstanbulun Balatı və Balatın rəngli evləri - FOTOREPORTAJ

Uzun zamandır İstanbulun bu səmtindən yazmaq istəyirəm. Tam 6 ildi burda yaşayıram. İstanbula da məhz burayla doğmalaşdım. Həm də mənim evim oldu Balat...

İstanbula cox gələnlər mütləq bu səmtdən xəbərdardı, olmayanlara da mən xəbər edim. Çünki Sultan Əhməd, Topqapı və başqa tarixi yerlər kimi bura da gəzilməlidir. Əslində turistlərin, xüsusilə də fotoqrafların çox maraq sərgilədiyi yerdi Balat-Fənər. Burda yaşamama baxmayaraq, reportajımda mənim çəkdiyim bir neçə qeyri-peşəkar şəkillərlə yanaşı, fotoqraf rəfiqəm Seldanın fotolarından da istifadə edəcəm. 

Beləliklə, kiçik bir reportajı Modern.az-ın oxucularına təqdim edirəm. 

Balat tarixi yerdi, hər küçəsinin bir tarixi var desəm, yanılmaram. Saray mənasını verən Balatın by adı almasının mənası var. Bizans imperatorları Haliç sahilindən dəniz yolu ilə gələrək,  şəhərin kənarında qalan "Blachernae" sarayına burdakı qapıdan giriblər. 


Balat-Fənər səmti son illər daha çox dəbə minib. Ən çox turist cəlb edən bölgələrdən olan Balatda Osmanlı dönəmində çoxluqla yunan ailələri yaşayıb. Rəngli evlər və küçələrdən gələn soba qoxusu… Bölgə məncə bununla tanınıb. Kömürün qoxusunu tam Balatın girişindən hiss edirsən. Məhələllərə yeni-yeni qaz xətti çəkilişinə başlanılıb. Əslində qaz qoxusu bu səmtin özəlliyini dəyişər... Məhəllərdə divarlara yazılan "Kömür var" elanları bir köhnə İstanbul havasını əsdirir. 

Burda həm də mədəniyyətlər toqquşur. Demək olar ki, hər məhəllənin məscidi var. Eyni zamanda da Balatın tam mərkəzində məhşur Fənər Rum Ortodoks Patriarxlığı yerləşir. Balatda İstanbulun ən görkəmli Sinaqoqu olan Ahrida Sinoqoqu yerləşir. Məhşur Qirmizi Lisey də bu səmtdə (Fənər Rum kişi liseyi ) yerləşir.

Azərbaycanda da maraqla izlədiyiniz serialların, kliplərin çoxu bu səmtdə çəkilir. Axsam saat 6-dan sonra burda məhşur aktyorları görmək olar. Hazırda burda "Çukur"  serialının çəkilişləri gedir. Serialdakı kimi çox basqın olmasa belə, Balat məhəllərində qonşuluq və məhəllələrin agsaqqalı olmaq qaydaları davam edir. Balatın köhnə, bir çox küçəsindəki uçuq evlərlə bir başqa məhəlləsindəki turistləri qəbul edən luks restoranarın bir-biriylə sanki bağlantısı yox kimidir. Amma əsla belə deyil. Bu restoranlar Balat sakinlərinin keçmişdən gələn mühafizəkarlığına əməl edir. 

Yay dönəmində səhərə qədər açıq olan məkanlardan fərqli olaraq, burada turistlərlə gecə saat 11-də sağollaşırlar. Bir də bu səmtə gələnlər mütləq rəngli qapının önündə şəkil çəkdirirlər. Balaca taxta qapının üstündə hər gün yüzlərcə turistin ürək sözləri yazılır. Sabah isə o yazılardan əsər-əlamət qalmır. Qapılar yenidın rənglənir və yeni turistləri qarşılamaga hazırlanır. 

Bu səmtin insanları da fəqlidir. Artıq qonsuluqların olmadığı İstanbulda məhəllə ənənəsini qoruyub saxlayan Balatda gəzərkən hər kəsə salam vermək bir adətdir. Məhəllələrdə daha rahat oynayan uşaqlar və qapı ağzında oturub söhbət edən qonşular... 

İstanbula gələndə mütləq Balat-Fənər səmtini gəzin...

OXŞAR XƏBƏRLƏR