“Hüquqşünasların Məkkəsi” haqqında maraqlı faktlar – ŞƏXSİ TƏCRÜBƏ

“Hüquqşünasların Məkkəsi” haqqında maraqlı faktlar – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 16 Fevral 2018 11:14 1198
“Hüquqşünasların Məkkəsi” haqqında maraqlı faktlar – ŞƏXSİ TƏCRÜBƏ

Bu bölməmizdə səyahətçilərin başına gələn maraqlı əhvalatları, səfər təcrübələrini yayımlayırıq.

Səfər təəssüratı barədə yazılanları təhrif etməmək üçün yazılara redaktə və heç bir əlavə olunmur.

Səyyah.az Turizm və İstirahət saytı bu dəfə Facebook istifadəçisi Mətin Rəhimlinin səfər təəssüratını təqdim edir:

 

“Londonda bir məhlə var – Flint street. REN TV tamaşaçısı olan, bütün dünyanın vahid nöqtədən idarə olunmasına tam əmin olan, hər şeyin massonların əlində olmasını deyən və söhbətdə dərinə getsə danılmaz faktlar ortalığa qoyan həmvətənlilərim üçün çox maraqlı olan bir yer. Belələri üçün Londona enən kimi birbaşa aeroportdan gediləsi yerdir. Burada öz nəzəriyyələrini xeyli real faktlarla da zənginləşdirmiş olarlar. Di gəl bundan sonra onların qabaqlarında tab gətir görüm da.

Bu tip nəzəriyyələri qəbul etmədiyimdən belə yeləri ümumiyyətlə səyahət planlarıma salmıram. Bu dəfə istisna oldu, səbəb isə kifayət qədər asudə vaxtımın olması idi.

Deməli belə...

XIII-cü əsrdə Tamplierlər Ordeni dağıdıldıqdan sonra bu yerləri verirlər hüquqşunaslara. Bir neçə əsr sonra burada Royal Court of Justice binası inşa edilir. Hüquqşunasların Məkkəsi sayılan bu binaya daxil olmağa qadağa olmasa da, içəridə şəkil çəkmək arzusuna düşməyin. Buna icazə yoxdur. Yəqin elə kütləvi informasiya vasitələrində Brinayadakı məhkəmə proseslərinin rəsm formatında verilməsi səbəbi də budur.

Vaxtilə tamplierlər bu ərazidə kazarma və hərbi məşq bazaları tikmişdilər. 1185-ci ildə inşa olunan Temple Church kilsəsinin əsasında Qüds kilsəsi durur. Bu Londonun qorunub saxlanılmış ən qədimi kilsələrindəndir. Tamplierlər sırasına yeni qəbul olanların andiçmə mərasimləri burada keçirilirdi. Kilsənin daxilində doqquz sərkərdənin qəbri yerləşir. Onlardan ən tanınmışı William Marshall`dır. Den Braun`un “Da Vinçi kodu” əsərində adı çəkiləndən sonra isə kilsənin bəxti açılır – Londonun ən çox görülməli yerlərindən birinə çevrilir. Eyni adlı filmin də çəkilişi bu kilsədə aparılıb. Amma biz gedəndə cəmi iki nəfər mason axtarışına çıxanlar gördük. Onlar da qardaş Türkiyə təmsilçiləri idi.

Bu küçədə yerləşən digər abidə - 1966-cı il London yanğınından sağ salamat çıxan və ikənci dünya müharibəsi bombardumanlarının yan keçdiyi çox az sayda olan binalardan biri – Prince Henry`s Room 1610-cu ilə qədər tamplierlərə məxsus olub.

Flint küçəsinin mərkəzində isə Qrifon heykəli ucaldılıb. Bu quşun isə massonlarla əlaqəsi haqda tarix susur ya da ki, mənim bu sahədəki biliklərim onu izah etməyə kifayət etmir. Ümid edirəm ki, bu quş haqda yetərli biliklərə malik olanlar mənimlə də bölüşərlər."

 

OXŞAR XƏBƏRLƏR