"Greencard" əvəzinə, Avropanın "Mavi kartı" - NƏDİR VƏ NECƏ ALMAQ OLAR?

Xaricdə iş və miqrasiya 18 Fevral 2018 14:35 17964
"Greencard" əvəzinə, Avropanın "Mavi kartı" - NƏDİR VƏ NECƏ ALMAQ OLAR?

Dünyada, o cümlədən Azərbaycanda əksər insan  ABŞ-a köçmək və bu ölkənin «Grencard»ını əldə etmək arzusunda olsa da, üstünlüklərinə görə ondan qətiyyən geri qalmayan, bəzi xüsusiyyətlərinə görə isə hətta «Yaşılkart»ı üstələyən Avropanın «Mavi kartı»ndan xəbərsizdirlər. Seyyah.az turizm və miqrasiya portalı bu dəfə Avropaya köçmək və burada işləmək imkanı verən Avropanın «Mavi kartı» barədə danışacaq. 

Mavi kart (Blue Card) özündə Avropa İttifaqı ölkələrindən olmayan vətəndaşlar üçün Aİ ərazisində işləməyə icazəni və yaşama iznini birləşdirir. Bu proqram 2012-ci ildən  start verilməklə təkcə yüksək ixtisaslı mütəxəssislər üçün  yaxşı iş yeri əldə etmək və harada yaşamaq yeri seçim deyil, həm də iştirakçı ölkələr üçün çatışmayan peşəkarları öz ölkəsinə dəbət etmək imkanıdır. BlueCard əldə etmək üçün hansı şərtlərə uyğunlaşmaq lazımdır? Bu proqram hansı imkanları açır? Saytımız sizi maraqlandıran bütün suallara cavab verəcəkdir.

https://static.prian.ru/uploads/2018_02/2/201802021120002021295982.jpg

 

Mavi kart Amerikanın Green Cardı ilə analoji olaraq yaradılmışdır. Lakin sonuncudan fərqli olaraq təcrübəli mütəxəssislərə yönəlib. Baxmayaraq bu yaxınlarda Donald Tramp tərəfindən təklif edilən RAİSE islahatları, çox güman ki, hər şeyi dəyişəcək və ABŞ-da sırf peşə nailiyyətləri əsasında özünün “amerikasayağı xülya”sını realizə etmək istəyən xoşbəxtləri seçəcəkdir. 

Avropa tərəfindən bu qədər böyük “əliaçıqlığın” səbəbi - əhalinin qocalması, bu baxımdan da müəyyən ixtisaslar üzrə mütəxəssis çatışmamazlığıdır. Yalnız İrlandiya, Danimarka və Böyük Britaniya layihə imtina etmiçdirlər. Bütün digər ölkələrdə Blue Card alınması şərtləri, onunla əlaqədar olan perspektivlər və hətta əksər boş yerlər belə olduqca oxşardır.  

 

Blue Card üçün tələblər

Mavi kartın xoşbəxt sahibi olmaq üçün cəmi üç şərti yerinə yetirmək kifayətdir (əlbəttə ki, Aİ vətəndaşı olmamaqdan savayı):

 

Təhsil

Təhsil ali, tədris müddəti – mütəxəssis və ya magistr dərəcəsinin verilməsi ilə azı üç ildir. Özü də işə qbul edilmək üçün Sizin diplomunuz getdiyiniz ölkədə nəzərdən keçirilən ixtisas üzrə Avropa standartlarına müvafiq olmalıdır.  

Misal üçün, Almaniya üçün Mavi kartın tələblərinə cavab verən ATM-nin siyasına burada baxmaq olar. Əgər sizin ali təhsil məktəbinizin adı bazada yoxdursa, diplomun təsdiqlənməsini yerinə yetirmək lazım gələcək. Həmin prosedur haqqında məlumatlar daha ətraflı miqrasiya və ya təhsil nazirliyinin yerli saytında təsvir edilmişdir. Misal üçün, Almaniya üçün – burada, Finlandiya üçün – burada. Eləcə də Avropa İttifaqının özünün ayrıca rəsmi saytı vardır ki, burada Blue Card üçün tələbat olan ixtisaslar üzrə diplomun tanınmasına aid məsləhətlərin əldə edilməsi üçün bütün zəruri olan əlaqələr və s. göstərilmişdir. Burada həmçinin FAQ mövcuddur ki, orada daha tez-tez verilən sualların cavabları dərc olunmuşdur.

Bəzi ölkələrdə ali təhsildən əlavə daha bir mütləq tələb – sizin sənədli şəkildə təsdiqləyə biləcəyiniz – müvafiq iş üzrə iş təcrübənizdir. O halda ki, sizin ixtisasınız – xüsusi ilə tələb ediləndir, azı beş il müddətinə təsdiqlənmiş iş təcrübəsi ali təhsil haqqında diplomu da əvəz edə bilər.

Blu Card alınması üçün tələbat olan ixtisas üzrə ali təhsilə malik olmaq kifayətli deyil – lazımdır ki, əlinizdə azı bir illik müddəti əhatə edən dövr üçün potensial iş yerinizlə əmək əlaqələriniz olsun.  

 

Əmək haqqı

Əməyin ödənilməsinin özü də zəmanətli səviyyəsi – hər bir konkret ölkə üçün fiksə edilmişdir. Misal üçün, Almaniya üçün minimum – ilə azı 49 600 Avro və ölkə üçün xüsusi ilə tələbatın olduğu mütəxəssislər üçün ilə azı 38 688 Avro (mühəndislər, həkimlər, İT və s.), Finlandiya üçün – aya 4 809 Avro, Çexiya üçün – ilə 18 300 Avro, İspaniya – ilə 33 908 Avro, Polşa üçün – aya 1366 Avro təşkil edir. Hər il qeyd edilən səviyyə dəyişir. 

Blue Card əldə etmək istəyən yüksək ixtisaslı mütəxəssislərə təkcə ayrıca bir dövlət deyil, bütövlükdə Avropa İttifaqı tərəfindən dəstək verilir, potensial işəgötürənlər tapılır və onlarla ünsiyyət qurulur. Bu məqsədlə Avropa İttifaqı saytında Avropada yaşamaq və işləmək istəyənlər üçün ətraflı məlumatlar yerləşdirilmişdir. Burada işə düzəlmək üçün şərtləri, təlabat olan peşələrin siyahısını və mək haqqlarının minimal həddini tapmaq, eləcə də ayrı-ayrılıqda proqramın iştirakçısı olan hər bir ölkənin saytını ziyarət etmək olar.

Eləcə də bir sıra portallar vardır ki, orada əmək bazarları və bu və ya digər ölkəyə - misal üçün, Almaniyaya, Çexiyaya, Avstriyaya, Niderlanda, Finlandiyaya, İspaniyaya  köçmənin xüsusiyyətləri barədə öyrənmək olar. 

İlkin mərhələlərdə tövsiyə edərdik ki, passiv şəkildə iş axtarışı ilə məşğul olasınız: Aİ və ya köçmək istədiyiniz ölkənin saytında elektron anketi doldurun, təhsil, peşə vərdişləri və iş təcrübəsi haqqında mümkün olan qədər ətraflı məlumatlar göstərin. Dərc edildikdən sonra sizin məlumatlar bazaya düşəcək və bu andan etibarən potensial işəgötürənlər üçün əlçatan olacaq. Maraqlandırması halında işəgötürənlər sizinlə əlaqə saxlayacaq, onlayn müsahibə aparaq və ya güman ki, əyani müsabiqə üçün dəvət edəcəkdir.

 

Hansı mütəxəssislər Mavi kartı əldə edə bilərlər?

Aktual olan peşələrin konkret siyahısını hər bir ölkənin Əmək nazirliyi tərtib edir. Baxmayaraq ki, dəqiq ixtisaslar fərqlənə bilərlər, sahələrin ümumi siyahısı mövcuddur ki, orada Aİ əmək bazarı üçün yüksək ixtisaslı işçilər həmişə tələb olunandır:     

  • Fizik-riyaziyyatçılar: məktəblər, universitetlər, kolleclər üçün müəllimlər; İT-hazırlayanlar, şəbəkə administratorları;
  • Təbii-elmi sahənin biliciləri: baytarlar, zooloqlar, bioloqlar, botaniklər, ekoloqlar;
  • Səhiyyə işçiləri: cərrahlar, anestezioloqlar, farmasevtlər, uroloqlar, kardioloqlar;
  • Hüquqşünaslar: notariuslar, vəkillər;
  • Mühəndislər, konstruktorlar və memarlar: sənayenin ən müxtəlif sahələri, eləcə də alternativ enerji mənbəələrinin işlənməsi.

Baxmayaraq ki, Mavi kartın alınması zamanı dil biliyi – mütləq meyar deyil, dil bilməyiniz (bir neçə dil bilmək daha yaxşı) sizin əhəmiyyətli üstünlüyünüz olacaqdır. 

 

Mavi Kart nə verir?

Adi MYİ alan immiqrantdan fərqli olaraq Blue Card sahibi bir sıra üstünlüklərə malikdir. 

 

İş şərtləri

Yüksək ixtisaslı mütəxəssislər, hər şeydən öncə, Aİ vətəndaşları kimi əmək şəraiti və əmək haqqı əldə edirlər. Mavi kartın alınması üçün minimal əmək haqqının giriş “həddi” – aşağıdır, amma yenə də ölkə üzrə orta həddən 1.5 dəfə yüksəkdir.

İşəgötürən üçün də üstünlüklər vardır: onun işədüzəltmə üzrə quruma sübut etmək lazım gəlməyəcək ki, sizə işə ona görə götürüb ki, doğma ölkəsində uyğun gələn namizədi tapmaq mümkün olmayıb. Deməli, sənədlərin təısdiqi müddəti qısalır, sizin giriş üçün icazə almaq şansınız isə - yüksəlir. Bundan başqa, yerli dili bilmək tələbi mövcud deyil (əgər bunu sizin peşəniz tələb etmirsə).  

Əgər göstərilən şirkət ilə müqavilə başa çatıbsa – Blue card sahibinin üç ay vaxtı qalır ki, özü üçün yeni iş yeri axtarıb tapsın. Özü də işi digər dövlətdə də axtarmaq olar: 1,5 il sonra sizdəki vəsiqəni proqrama daxil olan  istənilən digər ölkənin Mavi kartına dəyişmək olar, o zaman ki, ordakı işəgötürənlə əmək müqaviləsi mövcud olmuş olsun.   

 

Ailə

Mavi kart ər/arvadın köçməsi prosesini sadələşdirir: ona müqavilə və yerli dil biliyi olmadan işləmək hüququ ilə yaşama izni verilir. Özü də ixtisas üzrə heç bir məhdudiyyət qoyulmur.  

 

Səyahət

Blue card-a sahib olmaqla siz problem olmadan turizm, istirahət və təhsil məqsədi ilə Avropa İttifaqı ərazisində hərəkət edə bilərsiniz. Digər dövlətin ərazisində fasiləsiz qalmanın maksimal müddəti – mövcud MYİ itirilmədən 12 ay təşkil edir. 

 

DYİ

DYİ almağa namizəd olmağın mümkün olduğu müddət qısalır: artıq 21 ay sonra daimi yaşama izni almaq üçün sənədləri təqdim etmək olar. Amma bütün bu müddət ərzində mütləq təqaüd fonduna üzvlük haqqı ödəmək lazım gələcək, sənədlər baxılması prosuduruna isə yerli dil biliyi üzrə imtahan da daxildir. Əgər yerli dil biliyini sübuta yetirmək istəyi yoxdursa – daha bir il gözləmək və DYİ üçün sənədləri 33 ay sonra təqdim etmək olar.

 

Zəruri olan sənədlər

Əgər Siz hələ Avropa İttifaqı ərazisində yaşamırsınızsa, Blue card alınmasından əvvəl iş vizası alınması lazımdır. Ölkəyə girişdən sonra və viza müddətinin bitməsinə qədər yerli miqrasiya qurumuna Çavi kartın alınması üçün sənədləri təqdim etmək lazımdır.   

Blue card proqramının potensial iştirakçısına aşağıda göstərilən sənədlərin toplanması və təqdim edilməsi tələb ediləcək:  

  • Viza alınması ümün anket və ölkədə qalmaq üçün ərizə.
  • Bütün əlaqə məlumatlarının göstərilməsi ilə ərizəçinin tərcümeyi-halı, eləcə də məhkumluğun olmaması barədə arayış.
  • Əmək müqaviləsi, harada ki, mütləq qaydada şirkətin adı və ünvanı, mütəxəssisin vəzifələri, əmək haqqının ölçüsü və digər iş şərtləri göstərilir. Mütləq olaraq hər iki tərəfin imzası olmalıdır, eləcə də köçməyi planlaşdırdığınız ölkənin Əmək nazirliyi tərəfindən təsdiq olunur.
  • Aİ  tələblərinə müvafiq olan ali təhsil haqqında diplom.
  • Xarici pasport, hansının qüvvədə olma müddəti əmək müqaviləsinin bağlandığı müddətin yarısından az olmamalıdır, eləcə də daxili pasport..
  • Əmək kitabçası.
  • Tibbi sığorta.
  • Foto.
  • Sənədlərə baxılması üçün rüsumun ödənilməsi barədə qəbz. Köçüb getməyə hazırlaşdığınız ölkədən asılı olaraq dəyişir. Misal üçün, ən aşağı yığım – Kipr üçün (€50), ən yüksək – Niderlandr (€881) üçündür.  Rüsum ölçülərinə minimal əmək haqqı üzrə tələblərlə birlikdə burada baxmaq olar.

Əgər Siz tam sənədlər zərfini toplamısınızsa, Blue card alınması üçün cavabı ən geci 12 həftə sonra alacaqsınız. Bir çox hallarda - əgər siz hər şeyi düzfgün etmisinizsə - bildiriş daha tez: 8-9 həftə sonra gələ bilər. Müsbət cavab rəsmi saytda dərc edilir, mənfi cavab isə potensial işəgötürənə bildirilir ki, sonra da o, bunu namizədə xəbər verir.

Mavi kart verilməsindən sonra dörd ilə qədər qüvvədə olur, bu şərtlə ki, əmək müqaviləsi həmin və daha böyük müddətə bağlanmış olsun. Əgər müqavilə dörd ildən az müddətə qüvvədədirsə, kart orada göstərilən və üstəgəl üç ay müddətinə verilir. Əgər siz birinci iki il ərzində iş yerini dəyişmək qərarına gəlsəniz, qərarınızı əvvəlcədən xaricilərlə iş üzrə qurumla razılaşdırmalı olacaqsınız.

 

Rəsmi sayt

Avropanın "Mavi kart"ı haqqında ətraflı məlumatı bu linkdən ala bilərsiniz: http://ec.europa.eu/immigration/bluecard/essential-information-faq_en

 


Blue card əldə etmək – elə də həll edilməyəcək bir vəzifə deyil. Sizin üçün tələb olunan – sənədlərin toplanması və təsdiqlənməsində ciddi-cəhd, iş axtarışında qətiyyət və Aİ ölkələrində aktual olan ixtisas üzrə təhsilə malik olmağınızdır. Əvəzində siz təkcə sevdiyiniz peşə üzrə çalışmaqla layiqincə qazanc əldə etmək deyil, həöm yaxın qohumlarla birlikdə maneəsiz olaraq Avropa İttifaqı ərazisində səyahət etmək və istəyiniz olarsa – xüsusi səylər sərf etmədən DYİ əldə etmək imkanını əldə edəcəksiniz. Belə nəticə üçün sərf ediləcək səylərə dəyər!

OXŞAR XƏBƏRLƏR