Gürcüstanda 2 gün 59 manat

Gürcüstanda 2 gün 59 manat
Şəxsi təcrübə 20 Fevral 2018 13:09 824
Gürcüstanda 2 gün 59 manat

Yəqin ki, bir çoxları Gürcüsta getmək istəyir. Amma nə üçün ?

Bu suala cavabı Gürcüstana səfər etmiş turist MirSəməd belə cavablandırıb. Səyyah.az turizm portalı xəbər verir ki, fins.az MirSəmədin qonşu ölkəyə nə üçün getməyin iki əsas səbəbini öz bloqunda qeyd edib. Onun fikirləri isə belədi: Sizcə, Tiflisin mərkəzində belə xudmani oteldə bir nömrə neçəyə ola bilər...? Eyvanlı, hamam ləvazimatları, gecə gündüz kofe və çay pulsuz.. İki gün üçün mən iki nəfərə cəmi 59 manat pul ödədim. Hələ bu da son hədd deyil, bir az qıraqda bundan da ucuz otellər tapmaq olar.. Bu, Gürcüstana rekord sayda çox turistlərin gəlmə səbəblərindən biri... Həmin oteldə bir yaponla tanış oldum, soruşdum bu boyda yol gəlmisən, 60 kilometr o tərəfə də getsəydin, Gürcüstan kimi maraqlı, gözəl daha bir ölkəni də görmüş olardın, niyə ora getmədin, soruşdu viza lazımdı? Dedim hə... Cavab verdi: bura isə vizasız gəlmişəm.. Bu da Gürcüstanda altı milyon turistin olma səbəblərindən ikincisi..

OXŞAR XƏBƏRLƏR