Onlar da azərbaycanlılar kimi paltarı küçəyə asır – ŞƏXSİ TƏCRÜBƏ

Onlar da azərbaycanlılar kimi paltarı küçəyə asır – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 21 Fevral 2018 10:09 792
Onlar da azərbaycanlılar kimi paltarı küçəyə asır – ŞƏXSİ TƏCRÜBƏ

Bu bölməmizdə səyahətçilərin başına gələn maraqlı əhvalatları, səfər təcrübələrini yayımlayırıq.

Səfər təəssüratı barədə yazılanları təhrif etməmək üçün yazılara redaktə və heç bir əlavə olunmur.

Səyyah.az Turizm və İstirahət saytı bu dəfə Facebook istifadəçisi Aysel Əlizadənin səfər təəssüratını təqdim edir:

...."Salam. Bir az İtaliya və İtalyanlar haqqında danışmaq istəyirəm. Hər kəsi bildiyi kimi İtalya yeməkləri haqqında eşidəndə ilk ağlımıza makaron və pizza gəlir. Çox ailə canlı milləti. Demək olar İtalyanların çoxu rejimlə yaşayır. Yəni breakfast vaxtı 8 am, Lunch - 1:30 pm, dinner-7:30-8 pm arası. Hər yeməyə oturanda ailəlikcə oturub ailəlikcə qalxırlar. Yemək 2 hissəyə bölünür:ilk perviy burda daha çox pasta (makaron verilir), 2y ətli yemək+salat. Yemək zamanla olduğu üçün sadəcə gün ərzində 3 dəfə stol elə bəzədilirki sanki kimsə qonaq gələcək.

Saat 9 uşaqların, 10 isə böyüklərin yatmaq vaxtıdır. Yüksək səslə danismaqlarina baxmayaraq davakar deyillər. Üzr istəməyi bacarırlar. Müəyyən yaşa qədər yəni istər oğlan övladı istərsə də qız , evliliyə öncə valideyinlərinə "ata" "ana" olaraq müraciət edirlər, yuvadan ayrıldıqdan sonra isə valideyinlərini (demək olar hamını: nənə baba xala dayı bibi qaynana qaynata ) adıyla çağırırlar. Çox mehriban bir xasiyyətə malikdirlər. Sevgilərini hər tərəfli bildirməyə hazırdılar. Məsələn, restoranda xanım xeylağı ofisiantın belə xoşuna gəlsə ona hər tərəfli bunu göstərməyə hazırdır.

Yeganə Avropa ölkəsidirki burda Azərbaycanlılar kimi paltarı çölə asırlar. Qonağa "get" deməyi bacaran yeganə millətdir. Yəni Qonaq luch və ya dinner-ə dəvət olunursa onda dəvət olunan vaxtdan 1 saat əvvəl gəlməlidir və yatmamışdan 1 saat əvvəl evi tərk etməlidir. Əks halda ev sahibi "Gecdi, bizim yatmaq zamanımız gəlib çatıb" deyə xəbərdarlıq edir. Public transport sistemi çox sadədir. İtaliyada olmayanlar üçün yazıb bildirirəm : bilet bütün kiosk və tabachi adlanan butiklərdə satılır, hər kəs normal insanlar kimi bilet alır (one way-1,5€).

Nəqliyyatlarda xüsusi gate yoxdur metrolardan başqa. Sadəcə yoxlayıci girir və yoxlayır oda çox nadir hallarda olduğu üçün və onların xüsusi qırmızı geyimləri olduğu üçün hər kəs onları tanıyır və demək olar nəqlyattan hər kəs pulsuz istifadə edir İstər xarici vətəndaş istərsə də İtalyanın özü. Bəzən heç pəncərədən izləməyə ehtiyac yoxdur, çünki tram, bus yoxlama girərkən boşalır və onda artıq hər kəs anlayır ki yoxlama biletləri yoxlayır. Maşın qırmızı işıqda keçərsə polis cərimə yazmır sadəcə xəbərdarlıq edir. Ümumiyyətcə polis sistemi burda sərt deyil. Ailəni daha çox qadın idarə edir, kişiləri inanılmaz tənbəldi. Uşaqlarla dalasmirlar, doymurlər, sadəcə otuzdurub başa salırlar. Bu mənim İtalya haqqında 5ay içində yaranan düşüncələrim.”

OXŞAR XƏBƏRLƏR