Şərqin Venesiyası - ŞƏXSİ TƏCRÜBƏ

Şərqin Venesiyası - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 1 Mart 2018 11:02 1398
Şərqin Venesiyası - ŞƏXSİ TƏCRÜBƏ

Bu bölməmizdə səyahətçilərin başına gələn maraqlı əhvalatları, səfər təcrübələrini yayımlayırıq.

Səfər təəssüratı barədə yazılanları təhrif etməmək üçün yazılara redaktə və heç bir əlavə olunmur.

Səyyah.az Turizm və İstirahət saytı bu dəfə Facebook istifadəçisi Vüsal Quliyevin səfər təəssüratını təqdim edir:

 

"...Şərqin Venesiyası - Suzhou şəhəri, Çin imperatorlarının sevimli şəhəri minillər öncə su kanalları üstündə qurulub..Venesiya 1600 il, Suzhou isə 2500 il öncə Yantsızı çayının deltasında qurulub..Suzhou-nun gözəlliyi Venesiyalı səyyah Marco Polo-nun da qeydlərində təsvir edilib..Şəhərdə hal-hazırda 60-a yaxın Botanika bağı var və bunlardan 9-u UNESCO irsinə daxildi..10 milyonluq şəhərin 42% faizi su ilə əhatələnib..Qayıq turları 25-30 AZN arası dəyişir. Su kanalları boyu dünyanın istənilən mətbəxinə aid restoran və kafelərə rast gələ bilərsiniz..Yerli yeməklərdən hesab olunan ”Krivetkalı düşbərəni” mütləq dadın..Qısacası, nağıl kimi şəhərdi - Suzhou…Qədim Çin məsəlində deyildiyi kimi: Göydə Cənnət, Yerdə Suzhou və Hangzhou (Hangzhou haqqında gələn dəfə)..Şəhərdə gəziləcək yerlər: ShanTang Street, The Humble Administrator’s Garden, The Lingering Garden, Tiger Hill, Cloud Rock Pagoda və s.."

OXŞAR XƏBƏRLƏR