TIR-la avtostop və unudulmaz ilk səfər – ŞƏXSİ TƏCRÜBƏ

TIR-la avtostop və unudulmaz ilk səfər – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 2 Mart 2018 12:22 1606
TIR-la avtostop və unudulmaz ilk səfər – ŞƏXSİ TƏCRÜBƏ


Bu bölməmizdə səyahətçilərin başına gələn maraqlı əhvalatları, səfər təcrübələrini yayımlayırıq.

Səfər təəssüratı barədə yazılanları təhrif etməmək üçün yazılara redaktə və heç bir əlavə olunmur.

Səyyah.az Turizm və İstirahət saytı bu dəfə Facebook istifadəçisi Əsmər Məmmədovanın səfər təəssüratını təqdim edir:

 

“Deməli belə. Xeyli müddətdir hər gün deyirəm yazım amma ki hər dəfə niyəsə alınmırdı. Ömrü həyatımda ilk dəfə ölkə sərhədlərini aşaraq hansısa ölkəyə getmişəm ki, bu da çox istədiyim İstanbul oldu .

Fevralın 1 i uçuş idi və çox macəralı bir yolçuluq keçirdim. Gediş biletim Bakı - Naxçıvan - Igdir - İstanbul idi. Naxçıvana uçmaq okey tamam )) rahat oldu. Ondan sonra başladı macəra.  Naxçıvandan demişdilər ki,avtovağzala taksi ilə ya da səhər daxili marşrut, ordan da Igdir hava limanına avtobuslar gedir. Mən də təbii ki rahat gedirəm taksidə. Vağzala çatdım ki, nə ?)) Avtobus yoxdur və heç bir gedəcəy başqa taksi də yoxdur. Elə həmin taksi ilə qiymət də bazarlıq edib məni gömrüye qədər aparmasını xaiş etdim. Ordan da demişdim ki, ilk dəfədir gəlirəm mənə maşın tapmaqda kömək edərsiz. Sağ olsun yaxşı adam oldu kömək etdi. Gömrükdən də bir başqa maşına mindim ki, vse da rahat gedirəm.Beh nə getmək?  bəxt sözünü deyir. Mindiyimiz maşın qırmızıya düşüb ( nə olduğunu bilmirəm ) buraxmadılar gömrükdən. Maşında da 2 qadın var idi. Serurdan alvercidirler hər gün Igdira siqaret çay filan aparırlar satmağa. Gömrukdekiler də bunları tanıyır deyə növbə gozlemedim tez keçdim. indi maşın tapa bilmirik. Nə isə bir avtobus var idi ona minib Türkiyə sərhədinə getdik ( pulsuz), sonra sərhəddə də bizimkilər bildilər ki, hava limanına gedirəm yol verdilər birinci keçdim ,  amma nə hacət maşın yoxdur. Çox axtarandan sonra TIRlar var idi, onların birini saxladıb mindik. Sağ olsun 35-40 degige ərzində məni çatdırdı Igdira ordan da servicle hava limanına. P.S: avtostop sayılırsa əgər ilk dəfə avtostop macərasını da daddım

Bəxtim gətirdi gecikmədim, çox narahat idim amma  çox gözəl yol yoldaşlarım var idi. Nə isə. Saat 6a qalmış uje Istanbuldaydim amma qarşılamağa gələn düşüb probkaya gəlib çıxmır . 1 saat aeroportda yerlərə sərilib kitab oxumaq, camaatı analiz etmək zad , vaxt keçdi gəldilər və evə gedə bildim.

Moneye geldikde - Qalmaq üçün ev var idi deyə ona xərcim çıxmadı. Ümumilikdə demək olar ki, mən orda heç pul xerclemedim. Ancaq özüm tək gəzməyə gedəndə hə biraz, birdə ki hədiyyə filan alanda. Vaxt o qədər sürətlə keçirdi ki, həm də yollar çox uzaq gedəcəyim yerlərə bacardığım qədər əsas görməli yerləri görməyə çalışdım. ( Amma doymadim - yayda mütləq təkrar gedəcəm )

Sonra Izmite getdim 2 gün də orda qaldım - elə də böyük olmayan bir şəhərdi amma sakit, sevimlidir. orda da yetərincə gəzdim hər küçəsini demək olar ki. Tam yaşanılacaq bir yerdi.

Və geri dönüş . Azalmi deyim ya bilet alanmi mənden 1 həftə boyunca xerclemediyim pulu cığırdan cığırda aldi

P.S: uzun və səhvlər oldusa İ'm çox sorry

P.P.S: ölkə daxili hətda Bakı daxili hər yerə adaptr və powerbankla gedən mən uzaq yerə heç birini aparmadan gedib orda sürünmusem ona görə də şəkillər az və belə " keyfiyyətlidir ". “

OXŞAR XƏBƏRLƏR