Wizz Air və saxta 20% endirim sistemi – ŞƏXSİ TƏCRÜBƏ

Wizz Air və saxta 20% endirim sistemi – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 2 Mart 2018 12:48 803
Wizz Air və saxta 20% endirim sistemi – ŞƏXSİ TƏCRÜBƏ

 

Bu bölməmizdə səyahətçilərin başına gələn maraqlı əhvalatları, səfər təcrübələrini yayımlayırıq.

Səfər təəssüratı barədə yazılanları təhrif etməmək üçün yazılara redaktə və heç bir əlavə olunmur.

Səyyah.az Turizm və İstirahət saytı bu dəfə Facebook istifadəçisi Kənan Məmmədovun təəssüratını təqdim edir:

 

“Wizz Air ilə bağlı bir təcrübəmi bölüşmək istəyirəm. Ötən ilin dekabr ayından etibarən bu ilin may ayı üçün gediş, iyun ayı üçün dönüş (Budapeşt) qiymətlərinə baxırdım mütəmadi olaraq. Hər kəsin bildiyi – uçuşa vaxt yaxınlaşdıqca qiymət baha olması, öncədən alarkən ucuz olması, və ya bildiyimiz başqa bir məntiq bu havayolu üçün işləmir deyəsən. Bizə bilinməyən səbəbdən hansısa 10-15 gün gediş üçün qiymət qalxır, hansısa səbəbdən başqa ay başqa həftə dönüş üçün qiymət azalırdı və ya tərsinə.

 

Bura qədər OK hesab edə bilərik, düşünərək ki, aviaşirkət sezondan, aydan asılı olaraq öz daxili sistemi əsasında hansısa şəhərə gedişi ucuz və ya baha edə bilər, kimsə qarışa bilməz. Amma saytlarında və səhifələrində tez-tez elan etdiyi 20% discountun biabırçı formada fiasko olması heç cür izah edilə bilən deyil. Demək, yanvar ayında gediş (may ayına) 69avro idi, fevralda 65 avroya düşmüşdü. Bir neçə gün öncə wizz discount club üzvlərinə endirim elan olunan gün yenidən 70-ə qalxdı. Bugün – bütün hər kəsə 20% endirim elan ediblər, amma əvəzində nə etsələr yaxşıdır??!! Bir neçə gün öncəya kimi 65-70Avro olan bileti bir gündə 102Avroya (!!!!) qaldırıb ondan 20% endirim göstəriblər “guya ki”, bu da 2017 ci il iyun-dekabr ayları arasında 80Avro, 20180ci il yanvar-fevral aylarında 65-69Avro olan biletdən qat qat baha – 89Avroya gəlmiş olar (81Avro + 8Avro xidmət haqqı).

 

Neçə vaxtdır bilet almayıb 8 mart ərəfəsini gözləyirdik ki, endirim olsun, bu da onların etdiyi yalançı endirim. Paylaşdım ki, səfərlə bağlı wizzair-dən endirim gözləyənlər nəzərə alsınlar.

 

P.S. bütün bu yazdıqlarım tarixlərdə bilet qiymətlərini yoxlayarkən eyni zamanda screenshot edib saxlamışam, bura əlavə edib sizləri yormaq istəmədim. Maraq üçün yazdıqlarımın gerçək olmasını yoxlamaq istəyən dostlar wizz air FB səhifəsində endirim elan olunan paylaşımın altında əcnəbi insanların yazdıqları şərhləri oxuya bilərlər, hər kəs yalançı olduqlarını yazıb, bircə “biz də elə bilirdik belə saxta endirimlər (qiymət qaldırıb sonra guya endirim etmək yalnız Azərbaycandadır” şərhi əksikdir

bir başqa "söhbət" də vardı ki, guya eyni PC-dən tez-tez sayta daxil olub eyni tarixlərə baxanda qiyməti qaldırırlar. mifdir, boşdur.

onu da qeyd edim ki, wizzair təxmini 10 ilə yaxın fəaliyyət göstərir, əlbəttə ki, kimsə yaza bilər ki, X-ci ildə endirim almışam, Y-ci ildə uçuşa 2 gün qabaq qiymət xeyli düşüb və s. Mən bunu inkar etmirəm, ola bilər. Amma fakt odur ki, real vəziyyət budur.”

OXŞAR XƏBƏRLƏR