Travel agentliyi işçi axtarır - VAKANSİYA

Travel agentliyi işçi axtarır - VAKANSİYA
Təhsil və karyera 3 Mart 2018 23:56 261
Travel agentliyi işçi axtarır - VAKANSİYA

Seyyah.az turizm portalı xəbər verir ki, turizm şirkəti tur menecer vəzifəsinə işçi axtarır. 

  

Tur Menecer

Tələblər:

- Bakalavr dərəcəsi (Turizm sahəsi üzrə)
- Dünya coğrafiyası bilikləri.
- Word və Excel kompyuter proqramları bilikləri.
- İnternetdən aktiv istifadə etmək, sürətli axtarış və s.
- Vicdanlı, enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli.
- Komandada işləmək qabiliyyəti.
- Azərbaycan(əla), rus(əla) və ingilis(əla) dili bilikləri.

Öhdəliklər:

- Daxili və ya xarici turların təşkili
- Xarici və ya daxili partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
- Otellərin və digər turizm xidmətlərinin bronlaşdırılması
- Sığorta yazılması
- Mövsümə uyğun turların analiz edilib hazırlanması və marketinq şöbəsinə ötürülməsi
- Müştərilərə viza dəstəyi xidmətinin göstərilməsi
- Gündəlik və aylıq satış hesabatlarının hazırlanıb, rəhbərliyə təqdim edilməsi
 
Biz təklif edirik:

- Rəsmi əmək müqaviləsi, əmək kitabçası, sosial sığorta.
- Sınaq müddətindən sonra əmək haqqı: 400 AZN Maaş + Aylıq bonus (mənfəətin 10%-i).
- Karyera yüksəlişi perspektivi.
- Qoyulmuş hədəflərin nailiyyətinə görə mükafatlandırma (bonus).

İş qrafiki: Həftə içi: 10:00-19:00, Şənbə günü: 10:00-15:00, Bazar günü: istirahət günü.

Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər 30 mart 2018-ci il tarxinə qədər öz CV-lərini (namizədin fotosunun olması mütləqdir) zahirzz023@gmail.com elektron ünvanına göndərə bilərlər. Göstərilən tələblərə cavab verməyən namizədlər müsahibəyə çağrılmayacaqdır.  

Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Tur Menecer) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır..

OXŞAR XƏBƏRLƏR