Berlin Divarı haqqında səfər təəssüratları – ŞƏXSİ TƏCRÜBƏ

Berlin Divarı haqqında səfər təəssüratları – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 4 Mart 2018 14:02 846
Berlin Divarı haqqında səfər təəssüratları – ŞƏXSİ TƏCRÜBƏ


 

Bu bölməmizdə səyahətçilərin başına gələn maraqlı əhvalatları, səfər təcrübələrini yayımlayırıq.

Səfər təəssüratı barədə yazılanları təhrif etməmək üçün yazılara redaktə və heç bir əlavə olunmur.

Səyyah.az Turizm və İstirahət saytı bu dəfə Facebook istifadəçisi Kamran Şamilin səfər təəssüratını təqdim edir:

 

“….Sizə maraqlı tarixçəsi olan Berlin Divarından bəhs edim. (Utanc divarı da adlanır)

2-ci Dünya müharibəsidə məğlub olan Almaniya torpaqları Britaniya, Fransa, Amerika və Sovetlər Birliyi arasında bölüşdürüldü. Sonradan Qərb ittifaqı Sovetlərə birləşmə təklif etsə də Sovetlər mənfi cavab verdi.

Şərqi Almaniyada həyat digər sovet ölkələrində olduğu kimi idi. Sovet əsgərləri orada xidmət aparırdı. Böyük ehtimalla Azərbaycan əsgərləri də orada hərbi xidmətdə olublar.

Xalqa Qərbi Almaniya və kapitalizmin pis olduğu aşılanırdı. Avtoritar hakimiyyət xalqı yorurdu və xalq Qərbi Almaniyaya qaçırdı. 1952-ci ildə Şərqi və Qərbi Almaniya arasında sərhəd bəlli olmağa başladı. Sovetlər tərəf əvvəllər, məftillərlə qaçışların qarşısını almağa çalışsalar da 270.000 nəfər artıq Qərb Almaniyaya qaçmışdı. Aşağıda paylaşdığım şəkildə sərhəddin fərqli tərəflərində olan qohumların məftilin ətrafında görüşdüyü şəkil var. Bu mənə Güney və Quzey Azərbaycan sərhədini xatırlatmışdı.

Məftillərin işə yaramadığını görən hakimiyyət 13 Avqust 1961-ci ildə bir gecədə bu divarı inşa etdi. Döşənən minalar, izləmək üçün işıqlandırma sistemi, 186 müşahidə qülləsi, itlər, polad qapılar, heç biri işə yaramırdı. Hətta divarın Sovetlər tərəfini ağ rəngə boyamışdılar ki, qaçan olanda ayaq izləri bilinsin. Tunellər və başqa metodlarla 5 min nəfər divarı keçmişdi.

Ümumilikdə 155 кm, Berlin ərazisində 43,1 km olan divarı keçərkən təxminən 238 adam ölüb.

Paylaşdığım sonuncu şəkildə 1970-ci ildə yeni evlənən cütlük sərhəd zonasının şəklinin çəkilməsi qadağan olmasına baxmayaraq evlərinin balkonunda şəkil çəkdirdiyini görə bilərsiniz.

1989-cu ildə Almaniyanın bir çox şəhərlərində uzun sürən mitinqlərdən sonra Şərqi Almaniya hakimiyyəti insanların Qərbi Almaniyaya keçişinə olan qadağanı götürdü. Bundan sonra insanlar sərhədlərə axışıb sevinə-sevinə divarları sökməyə və bayram etməyə başladı.

Qapılar açılandan sonra Qərbi Almaniyaya keçən almanlar kapitalizmlə tanış olur və onlar üçün hər şey yeni olur.

Bu mövzu ilə bağlı çəkilən "Good Bye, Lenin!" filmini izləməyinizi tövsiyyə edirəm.

Bu arada, Almanlar düşünüldüyü kimi soyuq millət deyil. Bizim tanış olduqlarımız, yol soruşduqlarımız canla başla kömək edirdilər və çox səmimi davranırdılar.

OXŞAR XƏBƏRLƏR