"Azad İnsan"ların ölkəsində– ŞƏXSİ TƏCRÜBƏ

Şəxsi təcrübə 4 Mart 2018 14:08 319
"Azad İnsan"ların ölkəsində– ŞƏXSİ TƏCRÜBƏ

 

Bu bölməmizdə səyahətçilərin başına gələn maraqlı əhvalatları, səfər təcrübələrini yayımlayırıq.

Səfər təəssüratı barədə yazılanları təhrif etməmək üçün yazılara redaktə və heç bir əlavə olunmur.

Səyyah.az Turizm və İstirahət saytı bu dəfə Facebook istifadəçisi Kamran ŞamilinCavid Bayramovun səfər təəssüratını təqdim edir:

“…Her hansısa bir Avropa ölkesinin müstemlekesi altına düşmediyi üçün Tayland Cenub-Şerqi Asiyanın en müsteqil ölkesi sayılır. Taylılar özlerini "Kxontay " yeni - Azad İnsan adlandırırlar. Yaza yaza fikirleşirem ki nece edim yazım qısa olsun bu defe, görünür alınmayacaq.Taylandı tanıyandan sonra dünyanın en çox turist qebul eden ölkeler sırasında olduğunun tesadüf olmadığının ferqine varırsan.( 10 cu yer sehv etmiremse )

Taylandda esas din Buddizmidir 94%.Buddizm Budda sözünden götürülmüş "aydınlanmış" kimi tercüme olunur.Buddizm dininin esası eramızdan evvel 543 ilde qoyulmuştur. Dinin qurucusu Sidharta Quatamadır. Çox maraqlı tarixçesi var.

Taylandda hal hazırda 2560-cı ildir ( il teqvimi Sidharta Quatamanın doğulduğu ilden hesaplanır) Heftede 8 gün var. 3 cü gün iki hisseye ayrılır günortadan evvel ve sonra. Buddizm dini ümimeyyetle ayrı bir mövzudur ve inanmıram ki hamınıza maraqlı olsun , ona göre etraflı yazmıram . ( aaa bu arada ele bilersiz birden budistem )) sadece maraqlıdır deye oxumusam )

Taylandın Azadlıq Remzi xoruzdur. Ölkenin çox yerlerinde Xoruz heykelleri göre bilersiz. Çekisi 50 kq çox ve boyu 1,6m uzun insanlar sadece esgerlik ede bilirler. Esgerler 7000 bat - 10000bat maaş alırlar ( 230$-300$ ) Lakin esgerlik üçün lazım olan göstericiler çox az taylıda olduğu üçün könüllü olduqları halda esger gede bilmeyen çoxdur. Ölkedeki işsizlik ve orta emek haqqını nezere alsaq niye esger getmek istediklerini başa düşmek olar.

Metbexlerini çox beyendim "Tom Yam " şorbası "Tom Kha Gai" şorbası "Som Tam" salatı en meşhur yemeklerinden sayılır. Damaq dadları bize göre çox çox ferqlidir toyuq ve ya her hansısa başqa et yemeklerinin hazırlanmasında bezen şekerden istifade olunur.Ama ana yemekleri acılıdır.Ananas , alma ve başqa bir neçe meyveler duz ve acı biber ile yeyilir. Dünyada en dadlı ananas Taylandda yetişir.

İnsanları çox sakin ve gülerüzdür. Gülüş ölkesi deyilir Taylanda. Heqiqeten her kes gülür. 13 cür gülmek terzi var ve hamısını bir birinden ferqlidir (demek oları resmi qebul olunmuş bir haldır ) Eger metroda biri ayaqınızı taptalayıp gülürse teecüblenmeyin bu üzr istemek menasına gelir sizde qarşılığında ona " bağışladım" gülüşünü göstere bilersiz. Bağışlamamaq gülüşü de var. Neyse ona artıq özünün qerar verersiz )) Ferqli gülüş terzlerinin olması dinleri ile elaqelidir. Ne olursa olsun gülmek ve sakinlikiyi qoruyub saxlaya bilmek dinin en başlıca qanunlarındandır. Hetta tayca necesen sözünün birbaşa tercümesi: "sabay di may " sen sakinsen ?

Taylılar hesab edirki insan başının tam ortasında "Kvan" adında ruh yaşayır.Kvan insanı uğursuzluqdan ve xestelikden qoruyan en önemli ruh hesab olunur. Ona toxunaraq onu incide ve yaxud ona zerer vere bilersiz . Buna görede taylıların başına el vurmaq olmaz , özelliklede 9 yaşına çatmamış uşaqların.

Tayland Krallığının ehalisi 69 milyondur , monarxiya quruluşu var . Paytaxt Banqkok şeheridir Melekler şeheri kimi tercüme olunur . Çox böyük ticaret merkezleri var. Banqkokda gedilesi ve baxılası yerler çoxdur . 5.5 ton ağırlığında saf qızıldan hazırlanmış "Qızıl Buda heykeli" 46 metr uzunluğunda olan "Yatan Buda heykeli " Üzen Bazar " "Zumrud Buda" "Dream world " ve s.Bankokda ziyade Phuket ve Pattayadag oldum . Esas istirahet kurortları sayılır Taylandın. İlin 12 iyi istidir. Çimerlikleri ve adaları çox gözeldir. Pattaya Phukete nisbeten daha sesküylüdür. "Walking Street " gözel barlar var ve maraqlı gece programları.Phuket de ise en çox yadımda qalan Patong çimerliyi oldu. Üzr isteyerek bir meseleye daha toxunmaq istiyirem . " Homoseksual " Taylandda heddinden çox olduğunu bilirik . Buna sebeb ise Budistlerin cinsi deyişliyi günah hesab etmemesidir. Hetta bezileri "lady boy " olaraq üçüncü bir cins olduğunu iddia edir.Yene Budizm'e qayıdacam heftenin günlerinin öz rengi ve öz menası var. Belke eşitmisiz Buddizm falı , eger istesez falınıza baxaram ) Hindistan yazımda Buddizm dininde olanların dünyaya yeniden geleceklerine inandığını demişdim . Meselen eger oğurluq etmisizse dünyaya meymun olaraq , eyyaş olmusuzsa it olaraq , eger böyük bir günah işlmesizse daş olaraq dünyaya yeniden gelirsiz.En böyük günah ise dini ve Tayland Kralını tehqir etmek sayılır. Daş olaraq dünyaya gelmek ise , başqa heç bir heyatının olmayacağı anlamına gelir.

OXŞAR XƏBƏRLƏR