İsveçdə azərbaycanlı taksi sürücüsünə rast gələrsinizsə… - ŞƏXSİ TƏCRÜBƏ

İsveçdə azərbaycanlı taksi sürücüsünə rast gələrsinizsə… - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 5 Mart 2018 09:42 1147
İsveçdə azərbaycanlı taksi sürücüsünə rast gələrsinizsə… - ŞƏXSİ TƏCRÜBƏ

Bu bölməmizdə səyahətçilərin başına gələn maraqlı əhvalatları, səfər təcrübələrini yayımlayırıq.

Səfər təəssüratı barədə yazılanları təhrif etməmək üçün yazılara redaktə və heç bir əlavə olunmur.

Səyyah.az Turizm və İstirahət saytı bu dəfə Facebook istifadəçisi Ramin Mammadovun səfər təəssüratını təqdim edir:

“…2008-ci ildə İsveçin Göteborg şəhərində başıma gələn bir maraqlı, gülməli hadisəni sizinlə bölüşmək istəyirəm :)

Mart ayı idi, dostumla Göteborga getmişdik, yerdə qar var idi, ama hava mülayim, quru və sakit idi, qar xırda-xırda yağırdı :) Nordstan ticarət mərkəzinə getdik ki, həm bir az alış-veriş edək, həm də elə obedimizi də burdakı çoxsaylı kafe restoranların birində edək :) Nə başınızı ağrıdım, 3-4 saatlıq Nordstan gəzimtimiz başa çatdı, çıxdıq çölə ki, nə? Bir qar yağır, bir külək qopub, aləm dəyib bir-birinə, avtobuslar dayanıb, maşınlar addım-addım gedir.. Otelimiz Quality Hotel Panorama-ya də bir xeyrli yol var.. Nəisə piyada getməyə qərar verdik, birinci dəfə idi həmin şəhərdə idik, demək olar ki avtobus filandan o qədər də məlumatlı deyilik :) elə 15-20 metr getmişdik ki, gördük yox ee, şaxta (-15 -18) qılınc kimi kəsir :) Bir taksiyə əl elədik ki, əşşi canımızdan artıq deyil ki ee, gedək taksiylə :) Taksiyə oturmağımıznan taksometr işə düşdüüüü və başladı fırlatmağa... Fırlat ki fırladasan, biz də dostumuznan deyinirik ki, alə bu nəydi başımıza gəldi, hələ heç bir kilometr getməmişik uje taksometr yazıb yazdığını... Nəisə dostumuznan danışırıq ki, qoy 40 avro (təxminən 400 kron) olsun, saxladaq düşək ee, bu taksi şoferi əfəlliyir bizi :) Nəisə, qırırıq bir birimizi, o deyir səndən oldu, men deyirem sene gore oldu, axırı dedim ki, vsyo gəl deyək saxlasın, düşək... Taksi şoferi mübahisəmizi görüb qayıdasan ki : "Həəə madam ki narahatsız, mən də taksometri söndürərəəəəm"

Qılman demişkən, "ala bıy" :))) Azərbaycanlı imiş :)))) Nəisə, dostlaşdlq, otelimizə kimi apardı, heç pul da almadı, deyir sohbetivizi yarıda kəsmədim, ləzzət eliyirdi qırışmağıvız :))))))))))))) Tak çto, xaricdə belə olsa, taksidə sohbet eliyende ehtiyatlı olun…”

OXŞAR XƏBƏRLƏR