Dünya rekordu qıran turist QADIN

Dünya rekordu qıran turist QADIN
Şəxsi təcrübə 9 Mart 2018 09:05 1011
Dünya rekordu qıran turist QADIN

Sosial media vasitəsilə bir-birini ənənəvi sərhədləri aşmağa və dünyagörüşlərini artırmağa həvəsləndirən iranlı gənclər səyahətə get-gedə daha çox maraq göstərirlər.

Avtostopla və bəkpəkinq tərzində dünyanı gəzən iranlı gənclərin macəraları İranda ən çox işlənən mobil əlavələr – “Instagram” və “Telegram”da son dərəcə populyardır. Belə səhifələrin bəzilərinin 200 mindən artıq izləyicisi var.

TƏTİL NƏDİR?

 8a5e4d66 c96f 443c a6a6 a0cbb0f21a02 - Sahara səhrasını velosipedlə keçməklə dünya rekordu qırdı

1979-cu ildən sonra Şimali Amerika və Avropaya üz tutan böyük diaspor sayəsində İran səyahət dünyasında öz yeri olan ölkəyə çevrilib. Ancaq indi orta təbəqənin mədəniyyət maneələrini və valideynlərin narahatlığını aşaraq qanadlarını geniş açmaq növbəsidir.

31-yaşlı Sara uşaqlıqdan elə bilirdi ki, tətil ailəylə birlikdə İranın şimal sahillərinə getmək deməkdir. Ancaq iki il öncə o, couchsurfing.com saytında bir qrup xarici ilə tanış olaraq onlarla birlikdə avtostopla qədim Yəzd şəhərinə gedib. O, bu səfərə hazırlıqsız gedib.

“Heç bir ləvazimatım yox idi. Ayağımda incə qız ayaqqabısı, üstümdə dostumdan borc aldığım bel çantası vardı”, – o, “France-Presse” (AFP) agentliyinə müsahibəsində deyib.

Ancaq bu səfər onun gözlərini imkanlar dünyasına açıb. Tezliklə Sara Avropaya 40-günlük səyahət üçün pul yığmağa başlayıb. Özü də bu yolda mühafizəkar düşüncəli valideynləri ilə az mübahisə etməyib.

“Ailəm bunu asanlıqla, bir gecənin içində qəbul etmədi. Çoxlu çətinlikdən keçməli oldum. Ancaq yavaş-yavaş sübut etdim ki, qısa səfərlər edə bilərəm. Beləliklə, onların inamını qazandım. İndi artıq həftə sonlarını evdə keçirəndə atam gəlib soruşur ki, hər şey qaydasındadırmı?”, – Sara gülərək deyir. O, həm də öz səfərləri haqda müntəzəm bloq yazıları yazır.

HOSTEL ŞOKU

cycling in iran - Sahara səhrasını velosipedlə keçməklə dünya rekordu qırdı

Digər iranlı gənclər, xüsusən də qızlar deyirlər ki, onlara tək səyahət etməyin təhlükəli olduğu deyilib.

“Adamlara Avropada hosteldə qaldığımı deyəndə iranlılar şoka düşüb soruşurdular: “Demək istəyirsən sənin otağında yad adamlar da olurdu?! Onlar sənə heç nə etmədilər ki?” – digər bir səyahət blogeri Mahzad Elyassi deyir.

O, avtostopla səyahət haqda yalnız 2015-ci ildə eşidib. Ancaq o vaxtdan İranın bütün 32 əyalətini və 20 xarici ölkəni gəzib.

“Biz artıq sübut etmişik ki, İran belə səyahətlərdən ötrü tamamilə təhlükəsiz yerdir. Artıq bu, trendə çevrilib. Bir qadın deyir ki, ərini inandırmaq üçün mənim “Instagram” səhifəmdən yararlanıb. Deyib ki, “O bunu tək edə bilirsə, biz də edə bilərik””, – M.Elyassi deyir.

Ötən il İrandan 9.2 milyon adamın yola çıxdığı qeydə alınıb. Bu, öncəki ilə baxanda 38.5 faiz artım deməkdir. 10 il öncəylə müqayisədə isə bu rəqəm iki dəfə artıb.

Bu trend 2013-cü ildə hakimiyyətə gəlmiş, İranın dünya ilə münasibətlərini yaxşılaşdırmağa söz vermiş prezident Hassan Rouhaniyə kömək edib.

38 ÖLKƏ VİZANI LƏĞV EDİB

visa free 800x500 - Sahara səhrasını velosipedlə keçməklə dünya rekordu qırdı

İranlıları heç də hər yerdə mehriban qarşılamırlar. Ötən il ABŞ ölkədə yaxın ailə üzvləri yaşamayan İran vətəndaşlarının ölkəyə girişini qadağan edib. Avropa ölkələri isə yoxsul insanları ələyərək, onların ölkəyə girişini məhdudlaşdırmaq üçün sərt və süründürməçi prosedurlar tətbiq ediblər. Ancaq dünyanın qalan ölkələri İrandakı turizm bumunu müsbət qarşılayır. Hətta 38 ölkə artıq İran vətəndaşları üçün viza rejimini ləğv edir. Bu ölkələr arasında Gürcüstan, Rusiya, Türkiyə və Malayziya da var. Hindistanla da bu məsələ ilə bağlı danışıqlar getdiyi bildirilir.

Bütün bunlar İranda zəngin təbəqəyə daxil olmayan, daha ucuz ölkələri gəzməyə üstünlük verən insanları daha çox səyahət etməyə həvəsləndirib.

“Ola bilər ki, iranlıların Avropaya getməyə yetərincə dolları, yaxud avrosu yoxdur. Ancaq onlar Cənub-Şərqi Asiya kimi yerləri gəzə bilərlər”, – Elyassi deyir.

Bu məsələdə texnologiyanın da rolu danılmazdır.

“Mən yeni başlayanda hələ “Google Maps” yox idi. İnsanlar asanlıqla səyahət edərək öz təcrübələrini bölüşə bilmirdilər”, – İranın ən məşhur səyahətçilərindən biri, 43-yaşlı Reza Pakravan deyir. Pakravan Sahara səhrasını velosipedlə keçməklə dünya rekorduna imza atıb.

OXŞAR XƏBƏRLƏR