Bu peşələrə sahibsinizsə Kanadada SƏRBƏST İŞÇİ ola bilərsiniz – QAYDALAR

Bu peşələrə sahibsinizsə Kanadada SƏRBƏST İŞÇİ ola bilərsiniz – QAYDALAR
Xaricdə iş və miqrasiya 13 Mart 2018 11:59 7168
Bu peşələrə sahibsinizsə Kanadada SƏRBƏST İŞÇİ ola bilərsiniz – QAYDALAR

Sərbəst İşçi proqramının məqsədi, aşağıda göstərilmiş peşə sahiblərinin Kanadaya gəlib sərbəst şəkildə öz peşələri ilə məşğul olmaq və Kanadanın mədəni və idman səhələrinə öz töhfələrini verməkdir.

Namizədlər hansı meyarlara görə seçilir?

1. Aşağıda göstərilmiş işlərdə olan təcrübənizə görə

2. Təhsil səviyyənizə görə

3. İngilis dili biliyinə görə (2 ildən çox təcrübəniz varsa, müraciət zamanı ingilis dilindən azad ola bilərsiniz)

4. Yaşınıza görə (21-49 yaşlar arasındakı şəxslərin şansları daha çoxdur)

Bu proqramın sizə nə faydaları olacaq?

1. Öz sahənizi Kanadada inkişaf etdirə bilərsiniz

2. Azərbaycan vətəndaşlığınızı itirmədən daimi yaşamaq icazəniz olur və vizasız rejimdə Kanadaya girib çıxa bilirsiniz

3. Azərbaycanı Kanadada təmsil etmə şansınız olur və diasporamızın inkişaf etməsində böyük rolunuz olur

Kanadada hansı hüquqlarınız olacaq?

1. Daimi yaşayış statusunu əldə edirsiniz

2. Kanada vətəndaşları ilə tamamilə eyni hüquqlarınız olur və dövlətin bütün güzəştlərindən istifadə edə bilirsiniz (yalnız seçkilərdə iştirak edə bilmirsiniz)

3. Kanadada istədiyiniz şəhərdə yaşamaq, işləmək və ya oxumaq hüququnuz olur və istədiyiniz qədər Azərbaycana gəlib gedə bilərsiniz. Lakin, statusunuzu saxlamaq üçün 5 il ərzində ən azı 2 il Kanadada yaşamalısınız.

Nə vaxt müraciət etməli? Əgər aşağıdakı peşələrdən birində iş təcrübəniz varsa dərhal müraciət etməyinizi tövsiyyə edirik. Çünki Kanada dövlətinin proqramları demək olar ki hər il yenilənir və dəyişir. Mövcud proqramlar üçün müəyyən sayda müraciət qəbul olunduqdan sonra proqram bir müddət dayandırılır və yenidən bərpa olunur. Nə qədər erkən müraciət etsəniz Kanadaya getməniz də ona uyğun tezləşir. Sərbəst İşçi proqramına yalnız aşağıdakı sahələrdə son 5 ildə ən azı 2 illik iş təcrübəsi olan şəxslər müraciət edə bilər:

1. Kitabxanaçı 2. Arxivçi 3. Müəllif və yazıçılar 4. Redaktor 5. Jurnalistlər 6. Tərçüməçilər (şifahi/yazılı)

Yardacılıq sahəsi 1. Prodüser, direktor, xoreoqraflar və digər əlaqəli peşələr 2. Dirijor, bəstəkar və digər orkestr işçiləri 3. Musiqiçi və müğənnilər 4. Rəqqaslar 5. Aktyor və komediya ustaları 6. Rəssam, heykəltaraş və digər vizual sənətçilər 7. Muzey və incəsənət qalereyalarında texniki işçilər 8. Fotoqraflar 9. Film və video kamera operatorları 10. Qrafik texnik işçiləri (multimedia qrafik dizayn texnikləri) 11. Yayım, veriliş texniki işçiləri 12. Audio, video yazma (qeyd etmə) texniki işçiləri 13. Yayım, televiziya, radio, media, incəsənət sahələrində digər texniki işçilər və koordinatorlar, məruzəçilər, müxbirlər, reportyorlar 14. Modellər 15. Akrobatlar, sehrbazlar, sirk artistləri, klounlar və s. əyləncə işçiləri 16. Qrafik dizaynerləri və illüstratorları (ofis, mətbəx və s. daxili yerlər) 17. Teatr, moda, sərgi və digər kreativ dizaynerlər 18. Modelçilər – tekstil, dəri və xəz məhsulları

İdman sahəsi

1. İdmançılar

2. Məşqçilər

3. İdman rəsmiləri və hakimlər

4. Əyləncə, idman və fitness sahəsində proqram liderləri və instruktorlar

 

OXŞAR XƏBƏRLƏR