Ofisini göy dənizə dəyişən səyyah – ŞƏXSİ TƏCRÜBƏ

Ofisini göy dənizə dəyişən səyyah – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 14 Mart 2018 13:20 1047
Ofisini göy dənizə dəyişən səyyah – ŞƏXSİ TƏCRÜBƏ

Səyyah.az Turizm və İnformasiya saytı səyahətçilərin səfər təəssüratlarını təqdim etməkdə davam edir.

Bu dəfə Kamal Zeynalovun təəssüratlarını təqdim edirik:

 

“...Artıq 3-cü ildir ki, həyat tərzimi dəyişmişəm. Əvvəl bir çoxları kimi "ofis qurdu" həyatı sürürdüm, və uzun illərdən bəri davam edən gəzəyən olma sindromunun artıq getdikce kəskinləşdiyini özümdə müşahidə edirdim. Ancaq istədiyi yerə təyyarə ilə uçan ve bron etdiyi oteldə gecələyib şəhərlərin artıq çoxdan adiləşmiş bir digərini xatırladan mərkəzi küçələrini gəzən biri olmağı qətiyyən istəmirdim.

Adalar, okeanlar, ağ yelkənlər, fırtınalı dənizlərdə dalğaya şahə qalxan irili-xırdalı bir çox yelkənli gəmilər ayıq və ya yuxuda ikən bütün fikirlərimi məşğul edirdi. Adi bir səhnə))

14-cü mərtəbədə yerləşən kabinetdə biri oturub (kostyum, ağ köynək, qalstuk və s.), otağa daxil olur direktor və ordakı işçi ilə ciddi muzakirə daha sonra isə mübahise gedir, onun qabağında laptopun monitorunda isə gəmi qayırılması üçün proyektlər, okean seyahətləri barədə qeydlər yazilan səhifələr açılıb ve direktorla deyişə deyişə gözünü monitordan çəkmir...

Sonra isə hər şey nağıllardakı kimi oldu (bir az pafossuz olmaz).

Amma həqiqətən heç kimi tanımadan, mənim üçün naməlum olan ölkəyə getdim, sadəcə normal kapitan sorağındaykən əsl macəraçı birinə rast gəldim. Sonra isə daha birinə, digərlərinə...

Və qısa bir zamanda 10 larla macəraçı piratlarla tanış oldum. Və tezlikle bu say artıq 100-ü keçdi...

Bu insanlar təkbaşına gəmi düzəldir, o gəmilər ilə dünya səyahətinə çıxır, fırtınalardan keçir, mütəmadi olaraq yaxtalarını təmir edir, demək olar bütün problemləri həll edə bilirlər, bir çoxu əla aşpazdır))), super pati təşkil edirlər ,

Tez tez yarışlar təşkil edirlər, və bu yarışlar sizə filmlərdə gördüyünüz dəniz döyüşlərini xatırladar ))

Və bura qədər gəlmək heçdə asan olmadı)

 

P.S. yazılanların Muqlaya her hansı aidiyyatı yoxdur, post Muqlada olarkən yazılmayıb.…”

 

 

OXŞAR XƏBƏRLƏR