544 manata iki nəfərlik Alaniya turu

544 manata iki nəfərlik Alaniya turu
Şəxsi təcrübə 14 Mart 2018 15:35 1038
 544 manata iki nəfərlik Alaniya turu

Dünən Buta Airways Bakı-Alaniya reysinin anonsunu və uçuş cədvəlini təqdim elədi. Həftədə iki dəfə - 4-cü və 6-cı günlər Bakıdan səhər saat 7:45-də uçacaq. Alaniyadan isə 10:45-də qayıdacaq. Bu reys haqqında öz facebook səhifəmdə bir müddət əvvəl yazmışdım. Bilet Butanın digər reysləri kimi bir tərəfə 29 avrodan başlayır, http://www.butaairways.az saytından ala bilərsiniz. Artıq bir çox tarixlərə bu qiymətə bilet bitib, çünki yay vaxtı Türkiyə istiqamətı ən çox tələb olunanlardandır. Alaniya Kleopatra çimərliyi və kanyonları ilə çox məşhurdur. Bu haqda internetdə çoxlu məlumat var. Sizə iki nəfərlik ucuz bir səyahət yazacam, dostlarınızla da paylaşarsınız.

Bakı-Alaniya-Bakı 7-14 iyun Buta Airways  - 242 AZN       https://goo.gl/u9zB1L

7 gecə Alaniyada Palmiye Park Apart Hotel  - 270 AZN     https://goo.gl/6QA4oa

Transfer  - 32 AZN    (Havaş)

Cəmi 544 AZN

Azər İsmayılın bloqu

OXŞAR XƏBƏRLƏR